vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
10:32 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1640 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankarada nəticələrin ləğvi tələb olunur

«Məğlubiyyəti bir cür qəbul edə bilmirlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin paytaxtı Ankarada mübahisəli seçkinin ardından mer mandatını alan Melih Gökçəkin rəqibi Mansur Yavaş bir neçə gün öncə «Lazım olsa seçkinin nəticələrin Konstitusiya Məhkəməsinə aparacağıq» demiş və bir gün sonra Konstitusiya Məhkəməsi sədri Haşim Kılıçla görüşmüşdü. Dünən isə o, seçkinin nəticələrinin ləğv olunmasını, yeni seçki təyin olunmasını tələb etdiklərini bildirib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Mansur Yavaş hakim partiyanın seçkiyə hiylə qarışdırdığını, səslərin sayılması zamanı çoxlu sayda pozuntulara, saxtakarlığa yol verildiyini iddia edir və dediklərinin sübutu olaraq ortada çoxlu faktlar olduğunu bildirir.

Dünən mətbuat konfransı keçirən Gökçək isə seçki nəticələriylə əlaqədar aşağıdakıları söyləyib: «CHP Ankarada mətbuat konfransları vasitəsilə ilə təzyiq göstərmək, tərəfdarlarına davamlı olaraq mesaj vermək fikrindədir. Məğlubiyyəti bir cür qəbul edə bilmirlər. İnsanları küçəyə tökmək üçün əllərindən gələni edirlər. Necla Kızılbağ liseyində zibil maşını içində bəzi sənədləri çölə çıxartmağa çalışdılar. Zibilxanaya tökərək, «Biz səsləri burada gördük» deyəcəkdilər. Ancaq biz belə demək olarsa, onları cinayət başında tutduq və düşündükləri olmadı. 

Onu da qeyd edək ki, Türkiyədə ən azı son 30 ildə ilk dəfədir ki, seçkilərə hiylə qarışdırıldığı və saxtakarlığa yol verildiyinə dair iddialar səslənir və seçkidən keçən 8 gün müddətində heç cür səngimir, bu iddialar söz olaraq qalmır və hüquqi müstəviyə çıxarılır.