vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
12:43 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Növbəti halal açıqlaması

Komitə toyuq məhsullarına veriləcək sertifikat müraciətlərinə baxır

MÖVZU İLƏ ƏLAQƏLİ

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi toyuq məhsulları istehsalçılarının «Halal məhsul» milli standartının istehsalı üzrə sertifikat almaq məsələsi ilə bağlı müraciətlərinə baxır.


Vaxt.az-ın «Trend»ə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Komitə sədri deyib: «Bu istiqamətdə müvafiq iş aparılır və əgər ölkədə belə məhsul istehsal olunarsa, həmin prosesdə Qafqaz Müsəlmanları İdarəsinin iştirakı təmin olunacaq».

Hazırda Azərbaycanda «Halal qida. Ümumi tələblər» dövlət standartına uyğun məhsul istehsal edən 5 müəssisənin məhsulları sertifikatlaşdırılıb.

Bu müəssisələr - «Hakan Foods» FF Co. LTD müəssisəsi «Kral» və «Yeni dad» nişanlı məhsullar, «Səhliyalı» kiçik müəssisəsi «Min bərəkət, halal nemət» nişanlı məhsullar, «M T» LTD firması «Hacı Turqay» nişanlı məhsullar və «Zəhmət Ruzi» MMC «SAB» və digəridir. Belə sertifikatı almaq üçün cəmi 9 toyuq əti istehsalçısı müraciət edib.

Azərbaycana başqa ölkələrdən ət məhsullarının idxal edilməsindən danışan Həsənov qeyd edib ki, Dövlət Komitəsi gətirilən məhsullar üzrə istehsalçı ölkələrin müvafiq strukturlarından sertifikat alır.