vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
12:17 | 30 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 2396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məktəblərdə dini biliklər necə veriləcək?

Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qafqaz Müsəlmanları İdarəsi Quran kurslarına icazə verib. Dövlət də Quran kurslarının olmasını lazım bilir”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək:

“Tələbələr həmin dərslərdən imtahan verəcəklər. İslam dini onların içərisində daha yüksək yer tutur. Artıq həmin dərsliklər hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib. Bütün orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edilib. İslam şagirdlərə orta məktəbdə aşağı siniflərdən öyrədiləcək. İlahiyyatçı alimlər buna baxırlar. Bütün məsələlər nəzərə alınır ki, şagirdlərə hər hansı bir fikir yanlış çatdırılmasın”.

Komitə sədrinin bu fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə açılan müzakirələrin iştirakçıları orta məktəblərdə ayrıca dini dərslərin keçirilməsi ilə molla təfəkkürlü insanların yetişdirilməsinin baş verəcəyini bildiriblər.

DQİDK sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında deyib ki, orta məktəblərdə dini dərslərin keçirilməsinə normal yanaşmaq lazımdır:

“Görünür, bəzi insanlar düzgün anlamayıb. Orta məktəbdə oxuyan şagird  din haqqında biliyi hardan almalıdır?! Xristianlığın, bütpərəstliyin, İslamın nə olduğunu  hardan bilməlidir?! Sovet dövründə “İctimaiyyət” fənni vardı. Azərbaycanda isə məktəblilərə dini məlumatlar  “Həyat bilgisi” dərsliyində keçilir. Sadəcə bu proqram bir qədər genişlənəcək”.

Mübariz Qurbanlı bildirib ki, bəziləri din xadiminin hazırlanması ilə din haqqında bilgi verilməsini eyniləşdirirlər:

“Halbuki, din xadimi hazırlamaq  ayrı şeydir,  din haqqında bilgi vermək tamam ayrı  məsələdir. Yəhudiliyin,  xristianlığın nə zaman meydana gəldiyini necə öyrənməliyik?! Təbii ki, orta məktəbdə dini tədris etməklə bunları öyrədəcəyik. Uşaqlar müqəddəs kitablar olan İncil, Tövrat, Quranın  nə olduğunu biləcək. Kilsə ilə sinaqoqu fərqləndirməyi bacaracaq. Bunları öyrətmirik deyə, insanlarımızın dini məlumatı olmur. “Din haqqında bilgi verəcəyik” deyəndə bəziləri elə başa düşür ki, insanlara molla məktəbində keçilənləri öyrədəcəyik”.