vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
13:33 | 11 iyul 2014 | Cümə Məqaləyə 2191 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa «ASAN» aşiqidir

TEAS Londonda «ASAN xidmət» müzakirələri təşkil edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Londonda Avropa Azərbaycan Cəmiyyətinin (The European Azerbaijan Society - (TEAS)), həmçinin «Total Politiks» qəzetinin və deputat Bob Blakmanın təşkilatçılığı ilə görüş təşkil edilib.

Görüşdə çıxış edən ASAN Xidmətinin nümayəndələri bu layihənin ölkədə uğurla həyata keçirilməsini qeyd ediblər. Bu barədə www.prweb.com saytı məlumat yayıb. 

Müzakirələrdə bildirilib ki, ASAN layihəsi özünü tam doğruldub və gələn ilin sonuna qədər bütün Azərbaycanı əhatə edəcək. Həmçinin «ASAN Xidmət» 2 konsepsiyanın üzərində iş getdiyi də bildirilib.

Görüşdə çıxış edən Böyük Britaniya Parlamentinin nümayəndəsi Kristofer Pinçer ASAN Xidmət layihəsini uğurlu olduğunu bildirib. Onun sözlərinə görə, Bakıya səfəri zamanı ASAN Xidmətinin fəaliyyəti ilə birbaşa tanış olub. Bu layihə korrupsiya hallarının qarşısını alır. Bu modelin digər ölkələrdə də tətbiq olunmasının arzu etdiyini bildirib (azvision.az).