vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
19:46 | 17 fevral 2019 | Bazar Məqaləyə 2196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oliqarxı ya öldür, ya müflis et

Britaniya izaholunmayan sərvəti necə müsadirə edir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Moldovalı milyoner-tələbə Londonu dünyanın hər yerindən olan “çirkli pullların” yuyulduğu yer olmaqdan xilas etmək kampaniyasının yeni qəhrəmanıdır.

Moldovanın həbsdə olan keçmiş baş naziri Vlad Filatın oğlu 500 min dollara “Penthouse” kirayə götürmək, “Bentley” avtomobili almaq və təqribən 100 min funt sterlinqi hesabına nağd yatırmaqla hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Bu həftə o, London Şəhər Məhkəməsinin qərarı ilə 500 min funt sterlinqdən məhrum edilib. Ötən ilin may ayından indiyə kimi onun Britaniya bankında bu qədər vəsaiti olub.

Həmin vaxt Britaniya hüquq-mühafizə orqanları yeni qəbul edilən qanundan istifadə etməklə onun bank hesabını dondurmağı və 22 yaşlı Vlad Luka Filatdan bu pulların cinayət yoluyla qazanılmadığını sübut etməsini tələb etmişdilər.

“İzahedilməz Sərvət Sərəncamı” (UWO) qanunu Britaniyada iki il əvvəl qüvvəyə minib. Onun ilk “qurbanı” Azərbaycanın keçmiş bank rəhbəri Cahangir Hacıyevin xanımı olub.

Hacıyev də ata Filat kimi vətənində pul mənimsəməkdə ittiham olunaraq mühakimə edilib.

Hər iki halda hökumətin yeni qanunu hərəkətə keçib. Belə ki, əgər sərvət sahibi bu pulların qanuni yolla əldə edildiyini sübut edə bilməsə, hökumət məhkəmədə mənbəyi izaholunmayan sərvəti müsadirə etmək hüququna malikdir.

İlk baxışda, bütün bunlar özbaşınalığa və tapdalanmış təqsirsizlik prezumpsiyasına bənzəyir. Lakin “şeytan” ölkəyə gələn korrupsionerlərin və cinayətkarların həyatını çətinləşdirməyi nəzərdə tutan yeni qanunların təfərrüatında gizlənib.

 

Dəbdəbəli həyat

 

Vlad Luka Filat atası vəzifəsindən sui-istifadə etmək ittihamı ilə 9 il həbs cəzasına məhkum edildikdən dərhal sonra, 2016-cı ilin iyulunda Londona oxumağa gəlib.

Böyük Filat ona qarşı sürülən ittihamı “siyasi cəza” adlandıraraq, Moldova banklarından 1 milyard dolların oğurlanmasında iştirakını təkzib edib.

Kasıb Moldova üçün belə böyük məbləğin oğurlanması ölkədə kütləvi etiraz aksiyalarına və bir neçə hökumətin dəyişməsinə gətirib çıxarıb.

Kiçik Filat Londonun bahalı rayonlarından birində məskunlaşıb, 500 min əvvəlcədən ödəyərək Penthouse-u kirayə götürüb, 200 minə avtomobil alıb. Ekstraqavant həyat tərzi sürən kiçik Filat təmtəraq içində “üzür”.

Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi (NCA) Filatın həyatını belə təsvir edərək tələbənin bank hesabının dondurulması tələbi ilə məhkəməyə müraciət edib.

Yeni qanuna görə, bunun üçün məhkəmədə şübhəli pulların qeyri-qanuni yolla əldə edildiyini sübut etmək lazımdır. Bu isə çətin olmayıb.

Birincisi oğul Filatın Böyük Britaniyada heç bir gəliri olmayıb. İkincisi onun hesabına pullar ya nağd, ya da Kayman adalarındakı şirkətlərdən və Türkiyədən köçürülüb. Üçüncüsü onun atası pul mənimsəmə ittihamı ilə məhkum olunub.

Məhkəmə 2018-ci ilin mayında bank hesabını dondurmaq barədə qərar qəbul edib. Qanuna görə, bu proses iki il davam edəcək. Bu müddət ərzində hüquq-mühafizə orqanları sərvət sahibinə bu pulların qanuni yolla qazanıldığını sübut etməyi təklif edir.

Əgər sərvət sahibi bunu sübut etməzsə və ya edə bilməzsə, o zaman məhkəməyə təkrar müraciət müsadirə ilə nəticələnəcək.

Mərkəzi London rayon magistrant məhkəməsində dinləmələr məhz belə başa çatıb.

Bu barədə məlumat verən NCA hakim Maykl Snounun (Michael Snow) oğul Filatın hesabında dondurulmuş 466 min funt sterlinqin (600 min dollar) müsadirə edilməsi barədə qərarını açıqlayıb.

“Ehtimallar balansı baxımından, mən bu sərvətin mənbəyinin onun atasının Moldovadakı cinayətkar fəaliyyətinin olmasıyla razılaşdım".

 

Təqsirkar kimdir?

 

Heç kim. Müsadirənin yeni vasitələri təqsirin kimdə olduğu barədə mübahisələrə qarışmadan izaholunmayan sərvəti həbs etmək, müsadirə etmək və hərrac yolu ilə satmaq imkanı verir.

Bu, həyatı asanlaşdırır və prosesi sürətləndirir, çünki rayon məhkəmələrindəki mülki proseslərdə hakim Snounun nəzərdə tutduğu “ehtimallar balansı” səviyyəsində kifayət qədər sübutların olması ehtimalı daha çoxdur.

Ancaq şübhəli hesab və mülk sahibləriylə cinayət işi xəttilə çəkişmələr birinci növbədə əhəmiyyətli xərc və vaxt, ikinci növbədə isə “şübhə üçün ağlabatan əsas yeri qoymayan” daha keyfiyyətli sübut tələb edir.

Çirkli pul “ovçuları” onlara verilən bu imkandan razıdırlar.

“Hesabların dondurulması orderi Britaniyada qeyri-qanuni maliyyə ilə mübarizədə qiymətli vasitədir.

Əgər bu pulların cinayət yolu ilə əldə edilməsinə dair şübhələr yaranarsa, o zaman bizim məhkəməyə müraciət edərək bu hesabları dondurmaq və sonradan müsadirə etmək imkanımız var”, NSA-nın xarici korrupsiya ilə mübarizə bölməsindən Rob MakArtur (Rob MacArthur) bildirib.

O, “bu halda Vlad Luka Filat sərvətin qanuni mənbəyini göstərə bilməyib”, deyə əlavə edib.

Yeni kampaniyanın səs-küy doğuran işinə nöqtə qoyulmayıb. Burada daha bir çətin alətdən - "əsassız sərvət" sahibini pulların qanuni mənbəyini sübut etməyə məcbur edən orderdən istifadə olunur.

Bu order artıq pulları deyil, bu pullara alınan əmlakı da müsadirə etmək imkanı verir.

Orderi məhkəmə vasitəsilə iki insan kateqoriyasına yazmaq olar. Birinci kateqoriyaya siyasətçilər, məmurlar və Avropa İqtisadi Məkanına daxil olmayan ölkələrdən onlara yaxın olan insanlar daxildir.

İkinci kateqoriyada isə Böyük Britaniya ərazisində və ya xaricdə ağır cinayətlər törətməkdə şübhəli bilinən insanlar yer alır.

NSA məhkəmədə Azərbaycanın keçmiş bank rəhbərinin xanımı Zamirə Hacıyeva barədə debüt orderin yazılmasına nail olub. Hazırda Hacıyeva Londonun bahalı rayonunda ev və gözəl bir əyalətdə qolf sahəsi almağa on milyonlarla dolları haradan aldığını izah etməlidir.

Hələ ki, bu işdə hesab 1:0 hökumətin xeyrinədir. Lakin Britaniyada hökumətin qanunvericilik və icra orqanlarının vətəndaşların hüquqlarını pozan istənilən təşəbbüsü adətən məhkəmə proseslərindən sonra işləməyə başlayır.

Məhkəmədəki çəkişmə prosesində ən yaxşı hüquqşünaslar istənilən natamam qanunu parçalamağa və faydasız etməyə qadirdilər.

Bu çəkişmə sona yetməkdən hələ uzaqdır və onun Ali Məhkəməyə qədər gedib çıxmaq ehtimalı var.

Bu mexanizm işə düşən kimi, yeni bir iddialar dalğasını gözləmək olar. NSA-nın iqtisadi və kibercinayətkarlıq üzrə direktoru Donald Tan (Donald Tun) BBC-yə deyib ki, onlarda “artıq xeyli iş toplanıb və növbəti 6-8 işlə bağlı diqqəti Afrika, Cənubi Asiya, keçmış SSRİ və Rusiyadan olan insanlar çəkir”. (“BBC”)