vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
10:44 | 1 dekabr 2017 | Cümə Məqaləyə 308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tanrı məni qoruyurmuş»

5 kvadratmetrlik otaqda bir ömürlük təəssürat

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Deməli, köynəyin yaxalığı kirlənməsin deyə boyuna cib yaylığı taxılan vaxtlardı, Britaniyanın kuryer şirkətinin bizdə nümayəndəliyin rəhbəriyəm, Londonda baş ofisdə işləyən Devidlə möhkəm dostluq edirik.

O gəlir Bakıya, mən gedirəm Londona, min hoqqadan çıxırıq, bir gün bu qayıtdı ki, gəl gedək Amsterdama, 3-4 gün gəzək oraları, mən də ki üzü yumşaq, nəsilimizin bəxti gətirib ki, oğlan doğulmuşam.

Uzun sözün qısası, mən uçdum burdan, Amsterdamda düz əxlaqsızlıq yuvalarının məhəlləsində Redison hoteli var, oturub orda lobbidə gözləyirəm, Devid indilərdə gəlməlidir aeroportdan.

Nə isə, oturdum bir az, gördüm Devid gəlir, əlində portfel, o biri əlində isə torbada kostyum-şalvar. Ə, Devid, bu nə məsələdir, Amsterdamda kostyumlu turistləri fitə basırlar, dedi bəs səs salma, evdə arvada demişəm ki, simpozium var, ora gedirəm.

Dedim pah atonnan, biz burdan bura Kiyevə ezamiyyətə gedəndə evdə gözümüzü deşirlər, xalqın arvadı Amsterdama göz yumur, belə bir az ağladım günümüzə, amma kədərli notlara yox dedim və nömrələrimizi alıb getdik axşama hazırlaşmağa.

Xülasə, 3 gün gəzdik Amsterdamı, çox gözəl şəhər, gözəl kanallar, gözəl mühit, polis nəşəxorlara alışqan uzadır, yedik-içdik, güclü simpozium filan, Devid dedi ki, artıq getməlidir, mənim isə hələ 3 gün vaxtım var.

Devid qayıtdı ki, Paris burdan yaxındır, olmamısan, get 3 gün də qal orda, bir az nəfəsini dər Amsterdamdan sonra, dedim OK.

Bəs necə edim, gedib girdim elə birinci gördüyüm turistik ofisinə ki, məni göndərin Parisə, hər şey daxil, uçuş, hotel, bir dənə ekskursiya, dedilər get o qızın yanına.

Deyirəm, axı nəyə görə mənim bəxtim belədir. Həyatımın növbəti ifritəsi oturub stolun arxasında, inanın maşında güzgünün yanında şəkilini assan, heç bir sürücü yuxulamaz sükan arxasında dəhşətdən, üzündən zəhrimar yağır, bütün kişilər bunun gözündə «svoloç»dur, mən də «palnaçennı» kişi.

Nə isə, dərdimi dedim buna, amma dedim büdcəm azdır, mənə ucuzvari bir hotel tap, amma mərkəzdə olsun, isti suyu, işığı, başımı qoymağa bir balışı, mənə kifayətdir, birinci dəfədir Parisə gedirəm, eyforiya bürüyüb məni ki, dərviş Parisi partladır.

Qız baxdı mənə təbəssümlü nifrətlə ki, Parisə mənsiz gedir, evdə deyənim az idi və qayıtdı ki, müsyö, mən sizə bir dənə hotel verəcəm, ömrünüz boyu unutmayacağsız, sevindim ki, mənim məhvedici cazibəliyim bunu insafa gətirdi.

Nə başınızı ağrıdım, uçdum Parisə və soraqlaşa-soraqlaşa heç ili çıxmamışdır ki, tapdım hoteli. Necə deyim sizə.

Bax bizim Qəbələdəki həyətimizdə olan tövlə bunun yanında əzəmətli memarlıq abidəsidir, qapının ağzında bomjlar yatır, ətrafda nə ki it-pişik var burada «chek-in» edir, iy basıb aləmi, hələ utanmaz-utanmaz da 4 ulduzu asıb sinəsindən, Brejnev olub mənimçün.

Nə isə, girdim içəri, aldım açarı, dar pilləkənlə qalxdım, açdım qapını – «ups»! Amma sizdən nə gizlədim, o vaxtlar hələ «ups» demirdilər, «ay bl….» deyirdilər, mən də dedim.

Təsəvvür edin, otağın ölçüsü elədir ki, gərək ya mən qalım, ya çamadanım, divarlar fanerdən, qonşu asqıranda bina sirkələnir, dürtdüm özümü içəri.

Deməli, 5 kvadrat metr otaqdır, yerdə tarakanlar şellənir ki təzə müştəri var, sol tərəfdə bir kətil durub, sağ tərəfdə isə çarpayıdır və üstündən divardan balaca televizor asılıb ki, çamadanı qucaqlayıb kinoya baxa biləsən, bəxtəvər başımıza.

Mənim də elə bir vərdişim var ki, yatanda gözümün qabağında gərək divar olmasın, sağ tərəfi üstündə yatıram, ona görə yastığın yerini dəyişib qoydum televizor tərəfə, baxmağa halım yox, çamadanı isə qoydum ayağımın altına ki, koridorda qalmasın, apararlar.

Belə, təzəcə yuxuya gedirdim ki, birdən başımın üstündən bir cür səs gəldi - xırç, xırç, xırç, elə bil Tarif Şurasıdır, millətin dərisini soyur, zillədim qulaqlarımı.

Tanrı məni qoruyurmuş - san ki ürəyimə dammış kimi, birdən qalxdım yerimdən və bu moment… Daranq!!

Televizor divardan bir parça faner qoparıb tappıltı ilə düz balışın üstünə düşdü, amma sözüm onda yox.

Nəyi soruşacaqdım, o düz söhbətdir ki, kişilər köynəklərini hər gün dəyişməlidir?


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)