vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
23:08 | 21 dekabr 2016 | Çərşənbə Məqaləyə 1799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiyalı millət vəkili Muradpura azadlıq tələb edir

Nadir Qazipur İran Məhkəmə Sisteminin rəisinə müraciət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur aclıq aksiyası səbəbindən ölüm ayağında olan siyasi məhbus Murtaza Muradpurla bağlı İran Məhkəmə Sisteminin rəisinə məktubla müraciət edib.

Nadir Qazipur siyasi məhbusun vəkili Cəfər Əfşarniyadan məktub aldıqdan sonra Sadiq Laricaniyə müraciət edərək azərbaycanlı fəalın azadlığa buraxılmasını tələb edib.

Məlumata görə, dekabrın 20-də Murtaza Muradpurun aclıq aksiyasının 57-ci günündə siyasi məhbusun vəkili Təbriz və Urmiyanın millət vəkilləri Məsud Pezeşkiyan və Nadir Qazipura məktub yazaraq onlara siyasi məhbusun son vəziyyəti və məhkəmə dosyesi ilə bağlı məlumat verib və məhbusun azadlığa buraxılması ilə bağlı onlardan yardım istəyib.

Qeyd edək ki, adlarını çəkdiyimiz azərbaycanlı millət vəkilləri, deputat olmaqla yanaşı həm də Türk Bölgələri Fraksiyasının məsul şəxsləridir. Belə ki, Məsud Pezeşkiyan Fraksiyanın rəisi, Nadir Qazipur isə onun müavinidir.

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir. Təxminən iki aydır aclıq aksiyasında olan fəalın ölüm təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.