vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
18:04 | 28 dekabr 2016 | Çərşənbə Məqaləyə 2464 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qalmaqallı Mahaçqala limanı

Telman İsmayılov və digərləri İrana uduzur

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Xəzərdəki əsas ticarət limanı olan Mahaçqala limanının səhmlərini almağa İran əsas namizəddir. Virtualaz.org xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipov bildirib. Bununla Dağıstan rəhbəri bildirir ki, limanın səhmlərini almaq uğrunda Çin, Türkiyə, Azərbaycan və Vyetnamdan olan investorlar da mübarizə aparır.

Dağıstan rəhbəri Ramazan Abdulatipov bildirib ki, danışıqlar bütün potensial investorlarla aparılır, ancaq iranlılar əsas müştəridir. «İranlılar limanın səhmlərini almağa hazır olduqlarını elan ediblər, ancaq biz Vyetnam, Türkiyə, Çin və Azərbaycandan olan investorlarla da danışıqlar aparırırq» - Ramazan Abdulatipov «Sputnik»ə bildirib.

Mahaçqala limanı sistemli şəkildə neft oğurluğuna görə tanınır. Liman formal olaraq dövlət mülkiyyətində olsa da Dağıstandakı nüfuzlu kriminal klanların nəzarətindədir və oradan oğurluq neft kustar neftayırma zavodlarına ötürülür. Limanın bu ilin sonuna qədər özəlləşdirməyə çıxarılacağı gözlənilirdi. Limanın özəlləşdirməyəçıxarılacağı açıqlanan kimi onu almağa əsas iddiaçının Rusiya Federasiya Şurasının Dağıstandan olan üzvü, milyarder Süleyman Kərimov olduğu açıqlanıb.

Məsələ burasındadır ki, Süleyman Kərimovun Kiprdə qeydiyyatdan keçmiş «Arolia» offşor şirkəti limanın «Sberbank»a olan kredit borcunu alıb. Söhbət təxminən yarım milyard  rublluq borcdan gedir. Limanın özəlləşdirməyə çıxarılacağı məlum olan kimi  «Arolia Holding» Dağıstanın Arbitraj məhkəməsində  «Mahaçqala dəniz təcarət limanı» dövlət idarəsinə qarşı 678 milyon rubl məbləğində iddia qaldırıb. Şirkət ya borcun faizləri ilə birlikdə ödənilməsini, ya limanın müflis elan edilməsini istəyir. Əgər iddia təmin olunsa Mahaçqala limanı müflis olacaq. Kərimov isə müflis olmuş limanı qəpik-quruşa ələ keçirəcək.

Habelə məlum olub ki, Mahaçqala limanını almağa Türkiyənin liman operatoru «Yılport Holding» maraq göstərir. Holdinqin adından Dağıstan rəhbərliyi ilə danışıqları aparan isə Telman İsmayılovdur. Bildirilirdi ki, Türkiyədə yaşayan T.İsmaylovun bu holdinqlə bağlılığı var və o, Dağıstan rəhbəri Ramazan Abdulatipovla yaxın münasibətlərindən istifadə edərək bu gəlirli obyekti ələ almağa çalışır. Çox güman ki, Ramazan Abdulatipov limanın səhmlərini almağa maraq göstərən Türkiyə investorları barədə danışarkən «Yılport Holding»i nəzərdə tutub.

Azərbaycandan limanın səhmlərini almağa hansı investorun maraq göstərdiyi məlum deyil.