vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
14:19 | 9 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 1490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni yazıçı Sərkisyanı faşist adlandırdı

«Azərbaycan uşağını öldürən, erməni uşağını da öldürəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni millətçiləri sosial şəbəkələrdə ABŞ-da yaşayan yazıçı Anna Payatyana qarşı, sözün əsl mənasında, gözümçıxdı kampaniyası təşkil ediblər.

Virtualaz.org bildirir ki, erməni cəmiyyətinin təcavüzkarlıqla köklənmiş hissəsinin bu qəzəbli reaksiyasının səbəbi yazıçının Xocalı soyqırımını ittiham edən cəsarətli bəyanatı və qanlı qətliamı təşkil etmiş cəlladların cəzasını tələb etməsidir.

Məşhur yazıçını həmin bəyanatdan dərhal sonra erməni xalqının düşməni çıxardılar, Azərbaycan xüsusi xidmət orqanlarının agentinə çevirdilər, həmçinin ruhi xəstə elan etdilər. Bundan başqa, millətçilər Anna Payatyanın ümumi dostları və tanışlarını aşkar edərək onların ünvanına təhdidlər yollamağa başlayıblar.

Azərbaycanlılara qarşı ikinci Xocalı soyqırımını təşkil etmək ehtiyacı haqqında təklif irəli sürənlər də tapılıb.

«Bu qədər zəhlətökən rəqibdən qurtulmaq üçün ermənilər yeni Xocalı təşkil etməyə məcbur olacaqlar. Bu müharibənin başqa nəticəsi yoxdur», - sosial şəbəkə istifadəçisi Nune Mkrtçyan (Mkrtchyan Nune) yazıb.

Ədalət naminə qeyd etməyə dəyər ki, Anna Payatyanı müdafiə etməyə cəsarət edənlər də var. Məsələn, Gümridən fəal Anna Avetisyan.

«Siz birmənalı haqlısınız. Bunlar isə yalnız təbliğatla məst edilmiş xalqdır, nə arxivi oxuyublar, nə də tarixi. Onlardan hətta birinə cavab vermək kifayətdir ki, ölkəni ümumi hürüş, səs-küy bürüsün», - Avetisyan qəzəblə bildirib.

Yazıçı Anna Payatyanın onu zəhərləyənlərə cavabı da özünü çox gözlətməyib.

«Serj Sərkisyanın qatillər dəstəsi indi mənim Xocalı haqqında yazımı yayır və hamını mənə hücum etmək üçün dilə tutur. Qulaq asın, boz canavarlar sürüsü. Siz sanki yəhudilərə nifrət yayan antisemitlərsiniz, Serjikin puluna türklərə, gürcülərə, azərbaycanlılara və s. xalqlara nifrət yayırsınız. Sizin hamınızı həbs etmək və normal cəmiyyətdən təcrid etmək lazımdır, çünki siz terrorçusunuz. Serj Sərkisyan iddia edir ki, Xocalı soyqırımı olmayıb, bu açıq yalandır. Bu insan ölüm cəzasına məhkum olunmalıdır... Azərbaycan uşağını öldürən kəs, erməni uşağını da öldürəcək. Serj Sərkisyana və Robert Koçaryana əfv hüququ olmadan ölüm cəzası!», - Anna Payatyan qətiyyətlə bildirib.