vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:06 | 24 fevral 2019 | Bazar Məqaləyə 20121 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Axsaq atın kor nalbəndidir”

Yaxud Ermənistan hökumətinin proqramı - müxalifətin ilk çıxışı, maliyyə problemi

Sədrəddin SOLTAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın siyasi səhnəsində bir ilə yaxındır ciddi müxalifət yox səviyyəsindədir. Düzdür, ara-sıra eks-prezident Serj Sərkisyanın Respublikaçılar Partiyası Nikol Paşinyan hökumətinə qarşı bəyanatlar verir, ancaq bu çıxışlar daha çox qərəzli mövqeyə oxşayır. Çünki onların mövcud rejimi təmsil edən siyasi qüvvəyə nifrətləri soyumayıb. Respublikaçıların Paşinyana və onun təmsil etdiyi siyasi düşərgəyə münasibətinin bu cür qalacağı istisna edilimir. Müxalifət olmayan yerdə isə alternativ fikir, etiraz və ən əsası hakimiyyətə qarşı fərqli düşünənlərin nəzarəti olmur. Bu isə cəmiyyətin demokratik inkişafına, xalqın dövlətin idarəsində iştirak etməməsinə gətirib çıxarır, diktatura, avtoritar rejimlərin yaranması ilə nəticələnir.

Deməli, Ermənistanda 2018-ci il dekabrın 9-da keçirilən növbədənkənar seçkilərin yekunlarına əsasən, “Mənim addımım” seçki bloku və “Çıxış” fraksiyasının lideri Nikol Paşinyanın başçılıq etdiyi siyasi qüvvə 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43 faizini (səs verən seçicilərin sayı 884 456 nəfər) toplayaraq siyasi kampaniyanın qalibi olub. Serj Sərkisyan - Robert Koçaryanın başçılıq etdikləri hakimiyyətin devrilməsində Paşinyanı dəstəkləmiş iş adamı, milyarder Qagik Tsarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyası 8,27 faiz (103 824), Edmon Marukyanın rəhbəri olduğu İşıqlı Ermənistan Partiyası 6,37 faiz (80 024) 5 faizlik seçki baryerini aşıblar. Reqlamentə əsasən, müxalifətdən olan deputatların sayı parlament üzvlərinin üçdə birini təşkil etməlidir. Bu baxımdan, onların sayı 105-dən 132-dək artırıldı. Nəticədə hakim “Mənim addımım” bloku 88, Çiçəklənən Ermənistan Partiyası 26, İşıqlı Ermənistan Partiyası isə parlamentdə 18 yerə sahib oldu. İkinci və üçüncü yerdə olan partiyaların müxalifəti təmsil etdiyi ehtimal olunur. Yeri gəlmişkən, ötən həftə Ermənistan parlamenti hökumətin 5 illik fəaliyyət proqramını təsdiqləyib. Səsvermədə 128 deputat iştirak edib. 82 deputat proqramın lehinə, 37-si əleyhinə səs verib, 9-u isə səsverməyə qatılmayıb. Proqramın təsdiqlənməsi üçün 67 səs tələb olunurdu. Parlamentin növbəti sessiyası martın 5-də keçiriləcək. Nə isə...

Əslində, Nikol Paşinyan hökumətinin 5 illik fəaliyyət proqramının müzakirəsində müxalifət əməli olaraq tanındı. Proqramın lehinə, əsasən, paşinyançılar səs veriblər. Tsarukyanın adamlarının çox az hissəsi sənədə səs versələr də, Marukyanın deputatları proqramın lehinə çıxıblar. Bu, Edmon Marukyanın çıxışında da özünü göstərir: “Keçmiş hakimiyyət (Serj Sərkisyanı nəzərdə tutur - S.İ.) hökumət proqramının formalaşdırılmasında məsləhətləşirdi. Tiqran Sərkisyan baş nazir olanda Nazirlər Kabinetindən zəng edib onun proqramı mənimlə müzakirə etmək istədiyini bildirdilər. Ancaq indiki hökumət bu məsələni heç fraksiyalarla da müzakirə etməyib”. E.Marukyan hökuməti “təkəbbürlü olmaq"da ittiham edib: “Onlar bununla qarşılarında heç bir maneənin omadığını bildirmək istəyirlər”. Partiya lideri deputat mandatını onlara Paşinyanın deyil, xalqın verdiyini söyləyib. O, bu cür proqramın müzakirəsinin döşəmənin yaşmağı səviyyəsinə endiyini deyib: “Gələcəkdə də aparacağımız belə müzakirə biabırçı vəziyyətimizi göstərəcək”. E.Marukyan hökuməti müxalifətə münasibətdə dözümsüzlük göstərməkdə ittiham edib: “Bu insanlar hakimiyyətə gələndən sonra müzakirələri neyro-linqivistik üsul və istehza ilə aparır, rəqib və opponentləri ələ salırlar”. O, Nikol Paşinyanın “yoxsulluq insanların təfəkküründədir” ifadəsinə münasibət bildirərkən deyib ki, 1990-cı illərdə ölkədəki ağır vəziyyətə görə o vaxtkı Prezident Levon Ter-Petrosyanı, 2000-ci ildəki ilə bağlı Robert Koçaryanı, sonrakında Serj Sərkisyanı günahkar biliblər: “Paşinyan isə inqilabdan sonra deyir: “Yoxsulluq insanların təfəkküründədir”. Bizim siyasi sistem belədir. Ermənistan cəmiyyəti bütün məsuliyyəti hakimiyyətin daşımasına öyrəşib. Cəmiyyətin bu mövqeyi özünü təsdiqləyib”.

Bu arada parlamentdənkənar fərqli fikirlər də səslənir. Onlar Paşinyanı müxalifətdə olarkən verdiyi sözə əməl etməməkdə qınayıblar. Bildiriblər ki, Avrasiya İqtisadi İttifaqından çıxmağın vacibliyini vurğulayır, buna görə də Serj Sərkisyan hakimiyyətini tənqid edirdi. Ancaq hakimyyətə gəldikdən sonra onun bu ideyadan imtina etdiyi vurğulanıb. Nikol Paşinyan hökumətinin proqramını “iqtisadi inqilab” adlandırıb. Qagik Tsarukyan isə birbaşa deməsə də, dolayı yolla onun bu ideyasının cəfəng olduğunu bildirib: “Siyasi inqilab üçün xalqın ruhu və iradəsi vacibdirsə, iqtisadi inqilaba maliyyə, maliyyələşmə qaynaqları lazımdır. Bu da hökumətin proqramında yoxdur. Ona görə də proqrama səs verə bilmərik”. Tsarukyanın dediklərinin həqiqət olduğu inkaredilməzdir. Paşinyan hökuməti nəzərdə tutduqları “iqtisadi inqilabı” hansı maliyyə qaynaqları və sərmayələrin hesabına həyata keçirəcək? Yoxsa, bolşeviklər kimi varlıların pullarını, var-dövlətini əllərindən alacaq?! Bu üsul köhnəlib. Tarixdə elə böyük uğur qazanmayıb. İlk əvvəllər gözqamaşdırıcı ictimai-siyasi-maliyyə cəhətdən uğurlu olsa da, sonrakı mərhələdə etimadsızlıq mühiti yaratdığından ölkədən maliyyə axını baş verir. Yoxsa, Paşinyan həmin maliyyə vəsaitini ABŞ-da və Avropa ölkələrində, xüsusilə Fransada keçirilən telemarafonlarla əldə etmək niyyətindədir?!

Ümumiyyətlə, Ermənistanda “iqtisadi inqilab” yalnız regional əməkdaşlıq sayəsində öz hədəflərinə çata bilər. Bu da özünü Gürcüstanın timsalında təsdiqləyib. Qonşu dövlət Türkiyə və Azərbaycan arasında bir sıra layihələrə qoşulmaqla iqtisadi, hətta siyasi mövqeyini belə yaxşılaşdıra bilib. Bunu təsdiqləmək üçün təkcə 2008-ci ilin avqust hadisələri zamanı Azərbaycanın bu ölkəni dəstəkləməsini xatırlamaq kifayətdir. Gürcüstan nümunəsində hadisələr və tarixi təcrübə qrantlar və bonuslar hesabına dövləti yaşatmağın mümkünsüzlüyünü təsdiqləyib. Belə maliyyə qaynaqları əsasında mövcud olan hakimiyyət xarici sifarişçilərin istəklərini həyata keçirir, nəticədə onların birbaşa təsiri altına düşür. Mütəxəssislərin qənaətincə, Gürcüstan iqtisadiyyatının ayaqüstə qalmasının başlıca səbəbi xarici yardımlardır. Onlar bildiriblər ki, 2009-cu ildə bu ölkənin iqtisadiyyatına 4,55 milyard dollar məbləğində maliyyə yardımı edilib. Gürcüstan əhalisinin 50 faizi kənd təsərrüfatı ilə məşğul olur. Ancaq onların istehsal etdiyi məhsulun daxili bazarın 12 faizini təmin etdiyi qeyd olunur. Bu və başqa amillər sübut edib ki, regional əməkdaşlıq olmazsa, Gürcüstan iqtisadiyyatı çökər.

Nəhayət, Paşinyan hökumətinin fəaliyyət istiqamətlərinin parlament müzakirəsi sübut etdi ki, Ermənistanın sərmayəyə ciddi ehtiyacı və bununla bağlı proqramda boşluq var. Proqramda nəzərdə tutulan ideyaları həyata keçirmək üçün lazım olan maliyyə qaynaqları göstərilməyib. Ciddi iş adamlarının bu ölkəyə sərmayə qoyacaqları isə inandırıcı görünmür. Çünki ölkədə siyasi istiqrar yoxdur. Başqa sözlə, sərmayə qoyuluşu üçün riskli ölkə olaraq qalır. Bu baxımdan, Paşinyan Ermənistanı əvvəlki hakimiyyətlərin ölkəsindən fərqlənmir. Ermənistan iqtisadiyyatına ən böyük sərmayəni Rusiya şirkətləri qoyub. İrəvanla Moskva arasında soyuqluq bu prosesin əvvəlki kimi davam etməyəcəyini deməyə əsas verir. Başqa sözlə, Nikolun “iqtisadi inqilab”ının böyük uğur qazanacağı ehtimalı azdır. Proqramadək ölkə parlamentində ciddi məsələ müzakirə olunmamışdı. Bu sənədin müzakirəsini Ermənistanın siyasi səhnəsi üçün “müxalifət”in təqdimatı da adlandırmaq olar. Hakimiyyət çevrilişində “Tsarukyan” və “İşıqlı Ermənistan” Paşinyana şərik olduqlarından onların bir-birinə qarşı sərt çıxmayacaqları istisna edilmir. Bir sözlə, parlamentdə Paşinyana qarşı gedə biləcək qüvvə yoxdur. Nəzərə almaq lazımdır ki, Edmon Marukyan Avropayönümlü siyasətçi sayılır. Tsarukyan isə daha çox iş adamlarını, maliyyə məsələsini müdafiə edir. Paşinyandan siyasi-ideoloji yön baxımından fərqlənmədiyi üçün Marukyan və Tsarukyanı “müxalif nəsə deyənlər” də saymaq olar. Bu fraksiyalar müzakirə zamanı bir sıra məsələləri doğru deməklə indiki şəraitdə müxalifətdə olduqlarını təsdiqləmək üçün xal qazanır, bu rolu ifa etdiklərini göstərirlər. Deməli, parlamentdə rollar aydın bölünüb. Ancaq bu qurumda siyasi səhnənin tamamlanması üçün rusiyayönlülər yoxdur. Belə ehtimal etmək olar ki, Kremlsevərlər Paşinyan fraksiyası da daxil omaqla digər bloklarda mövcuddur və hələ vəziyyət yetişmədiyindən üzə çıxmırlar. Rusiyayönlülər “iqtisadi inqilab” vədlərini yerinə yetirə bilmədiyi halda, küçə müxalifəti formalaşdırıb Paşinyan hökumətini yarımçıq edəcəklər. Beləliklə, Ermənistan hökumətinin tutduğu qeyri-müəyyən mövqe onun 5 illik fəaliyyət proqramına da sirayət edib. Yoxsa, bu hakimiyyət “Axsaq atın kor nalbəndidir”?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)