vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
21:59 | 24 may 2017 | Çərşənbə Məqaləyə 1135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Evində tutulub Evinə aparılan güneyli fəal...

...Əzimi Qədim müvəqqəti azadlığa buraxılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı milli-mədəni fəal Höccətul-İslam Əbduləziz Əzimi Qədim mayın 24-də saxlandığı həbsxanadan azadlığa buraxılıb.

O 400 milyon tümənlik mülki vəsiqə qarşılığında Tehranın Evin həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəal 2017-ci il yanvarın 7-də digər azərbaycanlı fəal Əli Baqiri ilə birlikdə, Ə.Baqirinin Tehrandakı evində mülki geyimli məmurlar tərəfindən yaxalanaraq Evin zindanına aparılıb.

Fəalın həyhat yoldaşı və qızı 61 gün saxlandıqdan sonra onunla martın 9-da həbsxanada görüşə biliblər.

O həbscanadan ailəsi ilə telefon əlaqəsi saxlayaraq parlamentdə Türk Bölgələri fraksiyasının yaradılmasına dəstək vermək, «Aqillik, təhlil və əməl» Teleqram kanalında müarifləndirmə işləri ilə məşğul olmaq və İranın kanal 2 televiziyasında yayımlanan məlum təhqiramiz «Fitilə» verilişinə etiraz etmək kimi ittihamlarla üzləşdiyini bildirib.

Din xadimi ilə birlikdə yaxalanan Ə.Baqiri isə martın 12-də 200 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.