vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
15:20 | 5 iyul 2017 | Çərşənbə Məqaləyə 2941 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sivil münasibətlər təmin olunmalıdır»

Bakıdan Moskvanın ermənilərə qarşı ayrı-seçkiliyi dayandırmaq tələbinə cavab

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir».

Bu sözləri Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana gələrkən hava limanında gözlədilməsi və geri göndərilməsi barədə Rusiya XİN-in bəyanatını şərh edərkən deyib.

O bildirib ki, bu barədə Rusiya tərəfinə məlumat verilir: «Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk. Rusiyalı həmsədr, o cümlədən digər həmsədrlər üzərlərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır».

Qeyd edək ki, Rusiya XİN Azərbaycana gələn Rusiya vətəndaşlığına malik ermənilərin etnik mənşəyinə görə diskriminasiyaya məruz qaldığını iddia edib.


***


14:44

Kreml Bakıdan Azərbaycana səfər etmək istəyən erməni soyadlı Rusiya vətəndaşlarına qarşı diskriminasiyanı dayandırmağı tələb edib.

TASS xəbər verir ki, Rusiya bir neçə dəfə bu tələblə Azərbaycana müraciət edib.

«Bildirmək məcburiyyətindəyik ki, Azərbaycana gedən Rusiya vətəndaşları həqiqətən etnik mənsubiyyətinə görə diskriminasiyaya məruz qalır», – Rusiya XİN-in oxşar hadisələrlə bağlı məlumatında qeyd olunub.

«İki ölkə arasındakı dostluq əlaqələri ilə bir yerə sığmayan bu xoşagəlməz diskriminasiya praktikasına son verməyi tələb etməkdə davam edirik. Təbii ki, biz yaranmış vəziyyətdən nəticələr çıxardacayıq» – Rusiya XİN-də bildirdilər.

Rusiya XİN-in məlumatına görə, bu ilin əvvəlindən 25 Rusiya vətəndaşını Azərbaycana buraxmaqdan imtina olunub. Bildirilir ki, onları bir neçə saatlıq, bəzən yeməksiz, susuz və tibbi yardımsız saxladıqdan sonra öz hesablarına geri qaytarırdılar.