vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
11:30 | 5 noyabr 2017 | Bazar Məqaləyə 2944 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər yenə itkiləri gizlədir

İşğalçılar Ağdərədəki hərbi hissələrində partlayış baş verdiyini təsdiqlədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağdakı qondarma rejimin «müdafiə nazirliyi» bu gün noyabrın 4-də işğal altındakı Azərbaycan ərazilərindəki hərbi hissələrdən birində (Ağdərə rayonu) partlayışın baş verdiyini təsdiqləyib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, məlumata əsasən bu gün saat 12.10 radələrində şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində tank əleyhinə qumbara partlayıb. Nəticədə Qrant Manqasaryan adlı hərbçi (1997) ölüb, Gevork Xyusunuts və Sergey Alumyan adlı hərbçilər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır, onun üzərində əməliyyat aparılıb. İnsidentin hansı şəraitdə baş verdiyi göstərilmir.

Qeyd edək ki, Azərbaycan tərəfinin məlumatına görə Ağdərədəki hərbi hissələrdən birində sursat anbarı partlayıb, nəticədə tank mərmiləri depotasiya edib və 8-12 arasında erməni hərbçisi ölüb.

 

***

 

15:10

Noyabrın 4-də işğalçı Ermənistan ordusunun Ağdərə istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyektlərə ciddi ziyan dəyib. İlkin məlumata əsasən, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.