vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
10:18 | 16 iyul 2022 | Şənbə Məqaləyə 722 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rejim Urmiya gölü ilə bağlı hərəkətə gəlib

Qərbi Azərbaycan vilayətinin valisi nazir müavini ilə görüşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya gölünün son aylardakı vəziyyətinin kritik həddə çatması və Güney Azərbaycanda ətraf mühit fəalları və vətəndaşlar tərəfindən sosial mediada, o cümlədən “Twitter”də gölün xilas edilməsi kampaniyasına başlaması ilə rəsmilər, deputatlar və hökumət mediası bu gölün vəziyyəti ilə bağlı bəyanatlarla çıxış etməyə başlayıblar, gölün xilası üçün görülən tədbirlərlə bağlı açıqlamalar verirlər.

İranın rəsmi xəbər agentliyi İRNA-nın yayımladığı xəbərə görə, Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadıq Motəmediyan enerji nazirinin müavini ilə görüşərək Urmiya gölünə suyun nəqlinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. O, həmin görüşdə gölün xilası prosesində hər hansı gecikmənin bölgəyə düzəlməz ekoloji ziyan vuracağını bildirib.

Həmçinin Qərbi Azərbaycan vilayətinin Böhran İdarəetmə Mərkəzinin müdiri Əmir Abbas Cəfəri də Urmiya gölünün suyunun 95 faizinin quruduğunu bildirərək, son 20 ildə gölün səviyyəsi hər il orta hesabla 40 sm azaldığını söyləyib.

Yayımlanan xəbərdə həmin rəsmi Urmiya gölünün qurumasının əsas səbəbləri kimi quraqlıq, suyun buxarlanması, kənd təsərrüfatının həddindən artıq inkişafını sadalayıb, lakin gölə axan çayların üzərində bəndlərin tikilməsi mövzusuna toxunmayıb.

Urmiyanın millət vəkili Vəhid Calalzadə İLNA xəbər agentliyinə verdiyi açıqlamada, Urmiya gölünün cənub hissəsinin yay mövsümünün sonuna qədər tamamilə quruya biləcəyi haqda xəbərdarlıq edib.

Ekspertlər quraqlıqla yanaşı gölə axan çayların üzərində həddindən artıq bəndlərin tikilməsi, gölün ortasından keçən körpünün tikilməsi, şimal və cənub bölgələrinin su cərəyanının durdurulması və gölün ətrafında kənd təsərrüfatı məhsullarının əkininə nəzarətin olmamasını Urmiya gölünün qurumasının əsas səbəbləri olaraq dəyərləndirir.