vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
16:46 | 16 noyabr 2022 | Çərşənbə Məqaləyə 536 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

48 saatlıq canı olan Fransa

Yaxud senatın bədnam qətnaməsinə bəraət qazandıran “müxalifətçilər”

E.HƏSƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa mütəmadi və həyasız şəkildə Azərbaycanın əleyhinə çıxır. Özü də Fransa yeganə Avropa ölkəsidir ki, bu cür məkrli siyasət yürüdür. Niyə? Erməniləri müdafiə etmək üçün. Fransa niyə Ermənistanı müdafiə edir? Çünki ermənilərin türklərlə düşmən olması üçün iki əsrdən çoxdur ki, təbliğat aparır. Bu prosesin əsasını isə Napoleon Bonapart qoyub. Ortada rəsmi sənədlər var. İlk dəfə o, ermənilərdən Osmanlını məhv etmək üçün istifadəyə cəhd göstərib...

Fransanın Azərbaycana təsir imkanları sıfırın altındadır. İldə Azərbaycan Fransaya 700-750 milyon dollarlıq neft və qaz satır. Fransa da Azərbaycana 250-300 milyonluq mal göndərir. Yəni bizim Fransaya göndərdiyimiz neft və qaza hazırda dünyada böyük tələbat var. Başqa ölkəyə də biz bu malı ixrac edə bilərik...

Ən pisi odur ki, Azərbaycanda Fransanın bu həyasızlığına bəraət qazandırmağa çalışan yaramazlar var. Bunlar öz ələmlərində elə düşünürlər ki, guya İlham Əliyevə müxalifətdə olduqlarına görə Azərbaycanın əleyhinə olan hər bir şeyi, o cümlədən Fransa Senatının qərarını da tərifləmək lazımdır. Fransanı alqışlayanlar dolayısı ilə yox ha, birbaşa ermənilərə dəstək verirlər...

Aman Allah, neftin qiyməti kəskin şəkildə düşəndə Gültəkin Hacıbəyli necə sevinirdi. Sanki ac toyuq yuxuda darı görmüşdü. Düşünürdü ki, neftin qiyməti düşdü, hökumət camaata maaş verə bilməyəcək, xalq ayağa qalxıb iqtidarı devirəcək. Bunlar da hakimiyyətə gələcək. Ondan sonra hər şey əla olacaq. Neftin qiyməti yenidən qalxacaq və bunlar da kef edəcəklər.

Sözümün canı o ki, “Artsax”a müstəqilik istəyən Fransanı müdafiə etmək dövlətçilik düşüncəsindən xeyli uzaq olan Gültəkin Hacıbəyli düşüncəsində olmaq deməkdir...

Hələ biri var, deyir ki, Avropanın siyasi mərkəzi Fransadır. Avropanın siyasi mərkəzi Fransa deyil, heç Almaniya da deyil. Avropanın, eləcə də bütün dünyanın siyasi mərkəzi Böyük Britaniyadır. Beş yüz ildən çoxdur ki, bu dünyanı ingilislər idarə edir. Belə primitiv şeyləri bilməyən adamlar niyə siyasətlə məşğul olsun ki...

Bu ki, ötən ilin söhbətidir. Avstraliyanın baş naziri Skott Morrison Fransa ilə dizel sualtı qayıqlarının tikintisi barədə sövdələşmənin pozdu. Parisin məyusluğuna baxmayaraq AUKUS (ABŞ, Britaniya və Avstraliya ittifaqı) öz maraqlarını Fransanın maraqlarından üstün tutdu. Fransa nə qədər atılıb düşsə də xeyri olmadı. O vaxt hətta Fransa Britaniyanı sanksiyalarla hədələdi. Britaniya da Fransaya hədə-qorxulardan imtina etmək üçün 48 saat vaxt verdi...

Ümumiyyətlə, Fransanın Almaniya, İtaliya, Britaniya və ABŞ-la ciddi problemləri var. Siyasi prosesləri izləyənlər bütün bunları yaxşı bilir...

Azərbaycan öz maraqlarından çıxış etməlidir. Bu maraqlara qarşı Fransa, ABŞ, Rusiya, İran, bir sözlə-kim olur olsun, biz öz maraqlarımızın müdafiəsi üçün mümkün olan və olmayan bütün vasitələrə əl atmalıyıq. Öncə Vətəndir. Başqa söhbət ola bilməz. Başqa söhbət edənlərin də separatçıdan fərqi yoxdur...