vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:24 | 1 dekabr 2022 | Cümə axşamı Məqaləyə 599 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parisdən Vaşinqtona ağır yolçuluq

Laçın dəhlizi bağlanmalıdır, yoxsa nəzarətə götürülməlidir?

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti Emmanuel Makronun ABŞ-a 5 günlük rəsmi səfəri başlayıb. Makronun səfəri dekabrın 3-də bitəcək. Ağır səfər olacaq, çünki Parislə Vaşinqton arasında müxtəlif mövzularla bağlı fikir ayrılıqları var. Parisin Avropanın Amerikadan asılılığını azaltması tələbini illərdir gündəmdə saxlaması da Vaşinqtonun xoşuna gəlmir.

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü dekabrın 7-də Brüsseldə planlaşdırılmışdı. Paşinyan “görüşdə Makron da iştirak etsin” tələbini gündəmə gətirməklə Brüsselin vasitəçiliyinə zərbə vurdu. Çünki İlham Əliyev Brüsseldəki görüşdə Makronun iştirakının əleyhinədir. Fransalı jurnalistlərdən biri gərək Makronun özündən soruşa ki, ağır Vaşinqton səfərindən dərhal sonra Paşinyanın tələbiylə Brüsselə getməyə hazırdırmı?

***

Tofiq Zülfüqarov “Laçın dəhlizi bağlanmalıdır” cümləsi bir az qəribə səslənir” deyərkən tam haqlıdır. Söhbət yolun bağlanmasından deyil, nəzarətə götürülməsindən, yolun sonunda Azərbaycan gömrük və sərhəd postunun yaradılmasından gedir. “Yol bağlanmalıdır” ifadəsi ermənilərin əlinə bəhanə verir ki, guya Azərbaycanın məqsədi Qarabağı mühasirədə saxlamaqdır. Məqsəd bu deyil, əsas vəzifə həmin yolda nəzarət postları yaratmaqla Ermənistandan Qarabağa silah, hərbi texnika, minaların daşınmasının, cinayətkarların, o cümlədən Azərbaycan vizası olmayan xarici ölkə vətəndaşların ərazimizə qanunsuz keçidinin qarşısını almaqdır. Zəngəzur dəhlizinin açılmasını gözləmədən Azərbaycan büdcəsi hesabına tikilən və ərazimizdən keçən yolun nəzarətə götürülməsi başlıca vəzifəmiz olmalıdır.