vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
14:01 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 512 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran AES tikintisinə başladı

8 ilə başa gələcək layihənin 2 milyard qiyməti var

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində “Karun” adlı yeni atom elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə çıxış edən ölkənin Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami “Bu nüvə təsisi ilə ölkənin elektrik istehsalının yüzdə 20-ni nüvə enerjisindən alacağıq. Bununla keyfiyyətli və ucuz enerjidən faydalanacağıq”.

Atom Enerjisi Agentliyinin nüvə stansiyalarını inkişaf etdirməyi hədəflədiyini vurğulayan İslami, Karun nüvə təsisinin enerji istehsalına töhfə verəcəyini qeyd edib: “Hökumət enerji istehsalına və ucuz yanacağın istifadəsinə diqqət yetirir. Biz bir qurum olaraq, nüvə obyektlərini inkişaf etdirmək istəyirik. Onun verəcəyi töhfə, qurumun qarşıdakı 20 illik hədəfidir”.

Bildirilib ki, Xuzistan əyalətinin Əhvaz şəhərinin Darxoveyn rayonunda 300 meqavat enerji istehsal etmək gücündə olacaq və təzyiqli su reaktoru (PWR) ilə işləyəcək “Karun” atom elektrik stansiyasının tikintisi 8 il çəkəcək. Layihənin təxminən 2 milyard dollara başa gələcəyi gözlənilir.