vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
17:50 | 18 iyul 2014 | Cümə Məqaləyə 2687 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dünya ombudsmanlarına müraciət edin»

Elmira Süleymanovaya girovlarla bağlı məktub ünvanlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində «Şuşaya Azadlıq» Beynəlxalq Kampanıyası çərçivəsində yaradılmış Sosial Şəbəkələr və Media ilə İş İşçi Qrupunun toplantısı keçirilib.Toplantı üzvləri Kəlbəcərdə girov götürülən Azərbaycanın mülki şəxsləri Dilqəm Əsgərov, Həsən Həsənov və Şahbaz Quliyevlə bağlı İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya məktub ünvanlayıblar.

Bu barədə məlumatı qrupun rəhbəri Elşad Eyvazlı verib.

Müraciəti olduğu kimi təqdim edirik.

«Bildiyiniz kimi, 2014-cü il 10-15 iyul tarixləri arasında həmvətənlərimiz - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun qeyri-müəyyən şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi haqqında video-materiallar yayılıb. Bu şəxslərin hazırda işğal altında olan Kəlbəcər ərazisində tutulması barədə Ermənistan rəhbərliyi də artıq açıqlamalar verib. Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin əməkdaşları tərəfindən girov götürülən bu mülki şəxslər Ermənistanın dövlət sərhədlərini pozmayıb, Azərbaycanın dövlət sərhədlərindən kənara çıxmayıblar. Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından zorla çıxarılmış soydaşlarımızın Azərbaycanın dövlət sərhədləri daxilində sərbəst hərəkət etmək, ev-eşiyini, yaxınlarının məzarını ziyarət etmək haqqını da pozur, onları girov götürür, işgəncə və təhdidlərə məruz qoyur. Bu, azmış kimi, Ermənistan hökuməti öz torpağını ziyarətə getmiş Azərbaycan vətəndaşlarını «diversant» kimi qələmə verməklə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır.  

Eyni zamanda, son günlər mediada, girov götürülən azərbaycanlıların ağır fiziki, mənəvi işgəncələrə məruz qalması, bədən üzvlərinin kəsilməsi haqda informasiyalar yayılmaqdadır.  

Hörmətli Elmira xanım!  

Adıçəkilən azərbaycanlıların girov götürülməsi, həmçinin, onlara qarşı fiziki-mənəvi işgəncə verilməsi haqda xəbərlər ölkə ictimaiyyətinin, onların ailə üzvlərinin böyük narahatlığına səbəb olub. Bu həmvətənlərimizin hazırkı durumu, saxlanma yeri və şəraiti ilə maraqlanmaq üçün Sizi, imkanlarınız çərçivəsində təxirəsalınmaz tədbirlər görməyə çağırırıq. Bu gün üçün ən zəruri məsələ girov götürülmüş azərbaycanlıların sağlamlığıdır.

Onların hazırkı vəziyyətini öyrənmək üçün dünya ombudsmanlarına müraciət ünvanlamağı, Ermənistan Respublikası Ombudsmanının girov götürülmüş azərbaycanlılara baş çəkərək onların vəziyyəti haqqında məlumat verməsi üçün gərəkli addımları atmağınızı Sizdən xahiş edirik!»