vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
14:33 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 2138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniya səfirliyi İrana viza vermədi

Rəsmi Tehran Londonda keçiriləcək konfransda iştirakını təxirə saldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 22-24-də Londonda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans rəsmi Tehran tərəfindən ləğv edilib. Reuters xəbər verir ki, buna səbəb Britaniyanın Tehrandakı səfirliyinin konfransda iştirak etməsi nəzərdə tutulan iştirakçıların viza problemini həll etməməsi olub.

Məlumata görə, bu ilin mayında İranda keçiriləcək neft müqavilələri üzrə tenderə xarici şirkətlər dəvət ediləcək.

İran Milli Neft Şirkəti başçısının müavini Əli Kardora isə yaranmış vəziyyət ilə bağlı bunları bildirib: «Britaniyanın Tehrandakı səfirliyi Londona gedəcək İran şirkətlərinin nümayəndələri üçün viza problemini həll edə bilməyib. Və onlara 3-cü ölkədən viza almaq lazım idi. Bu səbəbdən konfrans təxirə salınıb», - Ə.Kardora qeyd edib.

Xatırladaq ki, Londonda keçirilməsi planlaşdırılan konfrans rəsmi Tehranın xarici sərmayədarları neft-qaz sektoruna cəlb etməsi ilə bağlı idi.

Qeyd edək ki, 135 enerji şirkəti, o cümlədən «British Petroleum», Fransanın «Total», İtaliyanın «Eni», İspaniyanın «Respol» ötən ilin noyabr ayında Tehranda keçirilən konfransda iştirak ediblər. Həmin konfransda rəsmi Tehran ilə enerji şirkətləri arasında müqavilələr imzalanmışdı. Müqavilələrin bəzi detalları enerji şirkətlərinə bildirilib. Lakin İran rəsmiləri qeyd edirdilər ki, müqavilənin detalları barədə daha ətraflı məlumat Londonda keçiriləcək konfransda açıqlanacaq.