vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
QARABAĞ  
18:08 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 960 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zirzəmilər hazır vəziyyətə gətirildi

Qarabağ ermənilərində müharibə təşvişi

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan işğal altındakı Qarabağ torpaqlarında hərbi əməliyyatların yenidən başlanması təhlükəsi ermənilərin təşvişinə səbəb olub.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejimin «şəhərsalma naziri» Karen Şahramanyan erməni jurnalistlər qarşısında çıxış edərək, yeni müharibənin başlayacağı təqdirdə bütün yeraltı anbarlardan və zirzəmilərdən istifadə olunacağını deyib.

«Müharibənin yenidən başlayacağı təqdirdə əhalinin təhlükəsizliyini təmin etmək üçün mexanizm hazırlanıb. Qarabağda bütün yaşayış sahələrinin zirzəmiləri lazmi şəraitə uyğunlaşdırılıb. Hərbi əməliyyatlar başlayarsa, iş adamlarına icarəyə verilən zirzəmilər onlardan alınaraq əhalinin yerləşdirilməsi üçün istifadə olunacaq».

Şahramanyan nümunə olaraq Xankəndi xəstəxanasının həyətində tikilən və 200-ə qədər insanı gizlədə bilən bunkeri misal gətirib.

Onun fikrincə, müharibə şəraitində əhalinin evakuasiya üçün də müəyyən planlar işlənib.