vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:34 | 18 aprel 2016 | Bazar ertəsi Məqaləyə 1481 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstan DTX-sının əməliyyatı

Ermənistan 200 milyon dollara nüvə materialları alır

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti qanunsuz nüvə materialı satışına görə üç Ermənistan və üç Gürcüstan vətəndaşını saxlayıb. Bu barədə DTX-nin xüsusi əhəmiyyətli işlər üzrə müstəntiqi Savle Motiaşvili brifinqdə açıqlayıb.

Gürcüstan DTX-nin məlumatına əsasən, saxlanılanlar 200 milyon dollara uran (U-238) satmağa cəhd ediblər.

«Onlar cinayət əməli törədən zaman yaxalanıblar. Saxlanılanların birinin evindən zavod istehsalı olan, içərisində uran (U-238) yerləşdirilmiş nəqliyyat konteyneri aşkar olunaraq götürülüb. Radioaktiv (qamma) şüalanma və mənbənin özü baxımından, aparılmış radioloji ekspertizanın nəticələrinə əsasən, götürülmüş maddə insan sağlamlığı və həyatı üçün təhlükəlidir.

İstintaq nüvə materialının yolverilməz şəkildə saxlanması və satışı faktı (Gürcüstan CM-nin 230-cu maddəsinin 1-ci bəndi. 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır) üzrə aparılır. Aprelin 16-da Tbilisi Şəhər Məhkəməsi saxlanılanların hamısı barədə həbs qətimkan tədbirinin seçilməsi qərarını verib», - Motiaşvili deyib.

Xatırladaq ki, bir müddət öncə 1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin Baş qərargah rəisi, 1993-cü ildə Ermənistanın müdafiə nazirinin vəzifələrini icra etmiş general-leytenant Norat Ter-Qriqoryan açıq şəkildə Ermənistanın atom silahı əldə etmək arzusunda olduğunu bildirmişdi. Ermənistanın yüksək vəzifəli şəxsləri dəfələrlə ehtiyatlarında «çirkli bomba»ların olduğuna eyham vurublar.