vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
13:30 | 4 may 2016 | Çərşənbə Məqaləyə 1147 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Burada gizlədilməli heç nə yoxdur »

Badri Natçkebia: «Ermənistan regionda yeganə radioaktiv təhlükə mənbəyidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin ortalarında Gürcüstanda 3-ü Ermənistan vətəndaşı olmaqla 6 nəfər uran elementi ilə tutulmuşdu. Bu yaxınlarda isə daha 8 nəfər bu təhlükəli maddəni 3 milyon ABŞ dollarına satmaq istəyərkən yaxalandı.

Analitiklər, siyasətçilər və ekspertlərin fikrincə, tutulan maddə nüvə silahı istehsalı üçün yararlı olmasa da, çirkli radioaktiv maddə kimi cəmiyyət üçün ciddi təhlükə mənbəyidir.

Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin professoru, politoloq Badri Natçkebia «Report»a müsahibəsində məsələni şərh edib:

«Cənubi Qafqaz regionu öz mürəkkəbliyi və vacibliyi ilə seçilir, Gürcüstan və Azərbaycan isə qərblə şərqin körpüsü hesab olunur. Lakin, bəzi qüvvələr və ölkələr bizim dövlətlərimizin çiçəklənməsini, inkişafını və möhkəmlənməsini istəmirlər. Ona görə də, müxtəlif yollarla bizə ciddi maneələr törədirlər. Gürcüstan ərazisində üçü Ermənistan vətəndaşı olmaqla 6 nəfər nüvə silahı və ya reaktoru üçün istifadə olunan uranı satmaq istəyərkən yaxalanıblar. Bundan bir neçə gün sonra daha neçə nəfər iki kiloqrama yaxın uranla tutuldu. Hətta onlar həmin maddəni milyonlarla ABŞ dollarına satmaq üçün müştəri də tapmışdılar. Sual yaranır, bu radioaktiv maddələr haradan gətirilə bilər? Gürcüstandan radioaktiv maddələr 20 il bundan əvvəl çıxarılıb. Azərbaycanda isə nüvə reaktoru ümumiyyətlə olmayıb. Belə olan halda deyə bilərik ki, Cənubi Qafqazda ən real mənbə Ermənistandır. Həbs olunanlardan bir neçəsinin Ermənistan vətəndaşı olmasını nəzərə almasaq belə, nəticə etibarı ilə deyə bilərik ki, bu maddə Ermənistandan gətirilir. Ermənistan Atom Elektrik Stansiyası (Metsamor) məhz bu maddə ilə işləyir. Düşünmək olar ki, uzun illər ərazində, xüsusən də xaos dövründə bu təhlükəli maddə kimlərinsə əlinə keçib və indi üzə çıxarılır. Burada qəribə və ya gizlədilməli heç nə yoxdur. Bu ən böyük ehtimaldır».

Politoloqun fikrincə bu cür maddələrin əldə olunmasında maraqlı olan qüvvələrdən biri də terror qruplarıdır: «Nüvə texnologiyası, nüvə silahını əldə etmək hər bir terror təşkilatının arzusudur. Bəzi ölkələr hətta bu silahı almaq üçün cəhdlər göstərdilər. Düzdür, deyirlər ki, həmin şəxslərdən götürülən uran vasitəsilə nüvə silahı istehsal etmək olmaz. Amma nəzərə almalıyıq ki, məsələ təkcə silahların yaradılmasında deyil. Uran özü özlüyündə çox təhlükəli maddədir. Bu maddə ilə ətraf mühiti, içməli su hövzələrini, bir sözlə flora və faunanı ciddi şəkildə zəhərləmək olar».

Badri Natçkebia bu cür maddələrdən istifadə olunmaqla regionda həyata keçirilən irimiqyaslı layihələrin də terrora məruz qalmasını istisna etməyib: «Gəlin 2008-ci ilin 4 avqust hadisələrini xatırlayaq. İlk növbədə həmin dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərində terror hadisəsi törədildi, sonra müharibə başlandı və bu 5 günlük müharibə nəticəsində biz ərazilərimizin 20 faizini itirdik. Ona görə də indiki zamanda da hər hansı bir layihənin, kəmərin, yolun yenidən terrora məruz qalacağı istisna olunmur».

O bildirib ki, Şimali və Cənubi Qafqazda mövcud olan terror təşkilatların bəziləri hətta beynəlxalq miqyasda tanınırlar. Bəzi qüvvələr bu təşkilatlardan böyük və kiçik dövlətlərin ərazisində sabitliyi pozmaq, münaqişə ocaqları, xaos yaratmaq üçün istifadə edirlər.

«Ona görə də regionda hər hansı bir terror hadisəsinin baş verə biləcəyini, irimiqyaslı layihələrin və ümumilikdə xalqlarımızın bundan əziyyət çəkməsini istisna etmirəm», - Natçkebia vurğulayıb.