vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
12:31 | 17 may 2016 | Çərşənbə axşamı Məqaləyə 2134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin sülh istəyirmi...

Əliyev Avrasiya İqtisadi Birliyinə üzvlüyü rədd edib, deməli ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Dağlıq Qarabağda münaqişənin qızışmasının əsas səbəbi olmasa da, bu regionda sabitsizliyin yaranmasında ikinci dərəcəli rol oynayır. «The Huffington Post» qəzetində Samuel Ramani belə yazır. Müəllif Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik rolunu təhlil edir və arqumentini Moskvanın davranışındakı 3 əlamətlə yozur.

Birincisi, Rusiya həm Azərbaycanı, həm də Ermənistanı silahlandırır, Azərbaycana vertolyotlar, havadan müdafiə sistemləri, artilleriya, Ermənistana isə zirehli maşınlar, ağır texnika göndərir. Beləliklə, hər iki tərəf rejimlərinin uyğun gördüyü məqamda münaqişəni alovlandırmağa hazır durumdadır.

İkincisi, Rusiya İŞİD-ə qarşı mübarizəni siyasiləşdirərək Cənubi Qafqazda hərbi mövqeyini gücləndirir. Müəllif rus mediasının Azərbaycanın Qarabağa guya İŞİD-çi göndərməsi barədə məlumatını yada salır. Azərbaycan bu informasiyanı qətiyyətlə təkzib etdi. «Obyektiv yanaşsaq, Azərbaycanın İŞİD döyüşçülərinə ərazisindən keçməyə imkan verməsi məntiqsizdir. Azərbaycan şiə dövlətidir və ABŞ-la «İslam Dövləti»nə (İŞİD) qarşı kampaniyada əməkdaşlıq edir. Çünki radikal islamçılar Əliyev rejiminə təhlükə yaradır», -yazan müəllif vurğulayır ki, Putin Suriyada Bəşər Əsədin mövqeyini möhkəmləndirməkdən ötrü İŞİD-lə mübarizədən bəhanə kimi yararlandı. İndi eyni bəhanəylə Cənubi Qafqazda hərbi iştirakını genişləndirə bilər. Ermənistanla Azərbaycanı təhlükəsizlik baxımından özündən asılı duruma salmaqla Moskva regionda rəqiblərini – Birləşmiş Ştatları və Türkiyəni də zəiflətmiş olar.

Üçüncüsü, münaqişə dondurulmuş qalarsa, Rusiyanın Cənubi Qafqaza təsiri maksimum səviyyədə saxlanmış olar. Müəllif iddia edir ki, Rusiyaya dondurulmuş münaqişə gərəkdir və bunun 3 səbəbi var. a) Bu durum Rusiyanın Ermənistan üzərində hegemonluğunun saxlanmasına imkan verir. Son toqquşmalar göstərdi ki, Yerevan daima Rusiya silahıyla silahlanmalıdır. Kreml də Ermənistana silah satmaqdan, hətta qiymətdə endirim etməkdən məmnundur. b) Dondurulmuş münaqişə Türkiyənin hərbi baxımdan mühasirədə qalmasına şərait yaradır.

Rusiya Ukrayna, Suriya və Ermənistanda hərbi iştirakını saxlayır və nəzəri baxımdan, Ankara təhlükəsizliyinə hədə yaradarsa, Türkiyəni dərhal vura bilər. c) Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın NATO üzvlüyünə yolunu aça bilər. 2007-ci ildə sızmış «WikiLeaks» diplomatik teleqramları göstərdi ki, Azərbaycanın siyasi elitası NATO üzvlüyünə tərəfdardır, ancaq bu yöndə istənilən addım münaqişənin həllindən keçir. Prezident Əliyev Avrasiya İqtisadi Birliyinə üzvlüyü rədd edib. Deməli, Rusiya Azərbaycanın başqa bir quruma da üzvlüyünü istəməyəcək. Bunun üçünsə Qarabağda münaqişə davamlı qalmalıdır.

«Qısası, Dağlıq Qarabağda son döyüşlərin səngidilməsində Putin özünü sülh agenti kimi göstərə bildi. Lakin Rusiyanın hərəkətləri və daha böyük strategiyasına əsasən demək olar ki, Putin Qarabağda sülh deyil, sabitsizlik istəyir. Bu məqam, üstəgəl, Ermənistan və Azərbaycan liderlərinin güzəştə getmək istəməməsi yaxın gələcəkdə Dağlıq Qarabağda sülhün yalnızca uzaq bir illüziya olduğunu göstərir»-məqalədə deyilir. («Azadlıq» radiosunun xülasəsi əsasında)