vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
21:54 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 810 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Alçaqlığı heç vaxt bağışlamayacam»

Ermənistanın birinci ombudsmanı: «Sərkisyan erməni cəmiyyətini radikallaşdırır»

MÖVZU İLƏ ƏLAQƏLİ

İrəvanda bu ilin yayında polis polkunun tutulması ilə bağlı hadisələr tezliklə təkrarlana bilər. Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, bunu dünən jurnalistlərlə görüşdə «Nüquqi özbaşınalığa qarşı» adlı hüquq müdafiə təşkilatının rəhbəri, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan deyib.

«Hakimiyyət hər şeyi edir ki, cəmiyyət radikal olsun və əgər belə gedəcəksə çox tezliklə Yerevanda bu ilin iyul ayında polis polkunu tutmuş üsyançıların hərəkətlərini təkrarlayanlar tapılacaq. Hakimiyyət dərk etməlidir ki, cəmiyyətin əhval-ruhiyyəsinə və hərəkətlərinə görə bütün məsuliyyəti yalnız o daşıyır.

Amma xalqla hakimiyyət arasında böyük bir uçurum var və bütün vasitəçilik təklifləri rədd edilib.

Budur, bu günlərdə yenə informasiya yayıldı ki, general Vitali Balasanyan Sefilyanla (həbsin altında olan müxalifət lideri Jirayr Sefilyan nəzərdə tutulur - red.) prezidentin görüşünü təşkil etməyə söz verib. Ancaq bu sadəcə növbəti yalan idi.

«Sasna Srer»lə (polis alayını tutmuş üsyançı qrup - red.) bağlı yayda baş vermiş hadisələr yaxşı ki, daha çox qan tökülməsinə aparıb çıxarmadı, ancaq mən hakimiyyətin Pavlik Manukyana və onun oğluna qarşı təşkil etdiyi alçaqlığı heç vaxt bağışlamayacağam. Onları peşəkarlar güllələyirdilər. Və bunu heç də onları öldürmək və ya zərərsizləşdirmək məqsədi ilə etmirdilər. Bu, Sərkisyanın qisası idi, onlara bilərəkdən elə xüsusi silahdan və bədənlərinin elə yerlərinə atəş açırdılar ki, həyatlarının sonuna kimi şikəst qalsınlar», - deyə Larisa Alaverdyan vurğulayıb.