vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:39 | 19 fevral 2017 | Bazar Məqaləyə 389 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycanlılar çox təəccüblənmişdilər»

ABŞ-ın erməni səfiri Bakıya səfərindən danışdı

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Suriyadakı (1989-1991) və İsraildəki (1993-1994) keçmiş səfiri, dövlət katibinin Yaxın Şərq Məsələləri üzrə köməkçisi (1991-1993) və hazırda Texas ştatının Rays Universitetinin Ceyms Beyker adına Elmi Tədqiqat İnstitutunun direktoru Edvard Cerecyan maraqlı açıqlamalar verib.

Modern.az xəbər verir ki, ABŞ-dakı erməni nəşrlərinə müsahibə verən keçmiş diplomat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakıya səfər etdiyini xatırlayıb.

«1999-cu ildə həmkarım Piter Rozenblatla (Amerikanın Yəhudi Komitəsinin sədri) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Bakı və Yerevana səfər etdik. Düşünürəm ki, azərbaycanlılar məni görəndə çox təəccüblənmişdilər. Ora oğlumla birlikdə getmişdim.

Nizamlanma prinsipləri bu gün də masa üzərində olan prinsiplərlə demək olar ki, eyni idi. Təəssüf ki, biz cüzi irəliləyişə nail olduq. Sonra prosesin dondurulması və real nəticə əldə etməyin mümkünsüzlüyünü anladığım üçün prosesdən kənarlaşdım. Mən proses xətrinə nəyisə etməyi xoşlamıram. Hesab edirəm ki, sülh əldə etmək üçün düşmənlə strateji dialoqa daxil olmaq lazımdır».

Edvard Cerecyan aprel döyüşlərindən sonra yaranmış vəziyyətdə sülh arayışlarının davam etməli olduğunu deyib. Onun fikrincə, Azərbaycan neft gəlirləri hesabına müasir silahlar alıb və yeni müharibə başlayacağı təqdirdə bunun rəsmi Yerevan üçün böyük təhlükə törədəcəyini deyib.

«Ermənistan müharibədə qalib gəldiyi üçün və Azərbaycan ərazilərini tutduğu üçün əlverişli mövqe tuturdu. Mən, hələ gec olmamış bu situasiyadan istifadə etməyə səsləyirdim. Azərbaycan neft və qaz hesabına çoxlu pul toplayıb. Bu onlara ordularını gücləndirməyə və yeni müharibədə Ermənistanı əlverişsiz mövqeyə salmağa yardım edə bilər. Artıq həmin gün gəlib çatıb. Məsələ ondadır ki, biz Azərbaycan və Ermənistan, o cümlədən beynəlxalq aləm olaraq siyasi iradə nümayiş etdirib danışıqlar prosesini irəliyə apara bilmədik».