vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
09:43 | 21 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 2619 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə ABŞ-dan şikayət etdi

Ticarət Nazirliyi ÜTT-yə məktub göndərib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Türkiyənin ABŞ-ın alüminium və polad ticarətinə tətbiq etdiyi əlavə vergilərlə bağlı şikayət etdiyini bildirib.

Dünya Ticarət Təşkilatının rəsmi internet səhifəsində verilən açıqlamada, “Türkiyə, ABŞ-ın qərarının Dünya Ticarət Təşkilatının Gömrük Tarifləri və Ticarət Müqaviləsinin bəzi hökmləri ilə toqquşduğunu iddia edir”, ifadələri yer alıb.

Türkiyənin Ticarət Nazirliyi, ABŞ-ın alüminium və polad ticarətinə  tətbiq etdiyi əlavə vergilərlə bağlı məhkəmə prosesinin başladığını bildirib. Açıqlamada, “ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi əlavə gömrük rüsumları üçün məhkəmə prosesi başlanılmışdır”, ifadələri istifadə edilib.

ABŞ Prezidenti Donald Tramp, keşiş Brunson böhranı səbəbi ilə Türkiyədən idxal edilən alüminium və polada tətbiq edilən vergiləri artırdığını bildirmişdi. Tramp sosial media səhifəsindən etdiyi açıqlamada, “Alüminiumda bu nisbət artıq 20 faiz, poladda də 50 faiz olacaq. Türkiyə ilə əlaqələrimiz bu dövrdə yaxşı deyil”, ifadələrini işlətmişdi.