“Zorakılığa yer yoxdur”
Dünya liderləri Donald Trampa qarşı sui-qəsd cəhdinə reaksiya verib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
Noyabrın 5-də keçiriləcək prezident seçkilərində ABŞ-ın keçmiş prezidentlərindən biri, Respublikaçılar Partiyasının namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi baş verib. Hücum zamanı qulağından yaralanan 78 yaşlı Trampın sui-qəsd cəhdinə dünya liderləri reaksiya verib.
Azərbaycan Prezidenti İlham Əliyev
“Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
Böyük Britaniyanın baş naziri Keir Starmer
“Mitinqdəki şok səhnələrdən dəhşətə gəldim. Bizim cəmiyyətlərdə hər cür siyasi zorakılığa yer yoxdur və mənim fikirlərim bu hücumun bütün qurbanlarının yanındadır”.
Avstraliyanın baş naziri Entoni Albanez
“Bu, avstraliyalıların və amerikalıların paylaşdığı demokratik dəyərlərə və əziz tutduğumuz azadlığa qarşı bir hücumdur. Bu dəyərlər iki ölkəni birləşdirən dəyərlərdir”.
Macarıstanın baş naziri Viktor Orban
Bu həftə NATO sammitində iştirak etmək üçün ABŞ-a səfər edərkən Trampla görüşən Macarıstanın baş naziri Viktor Orban deyib ki, onun duaları bu çətin saatlarda keçmiş prezidentlə birlikdə olub.
İsrailin baş naziri Benyamin Netanyahu
“Mən və həyat yoldaşım Sara Prezident Trampa qarşı hücumdan şoka düşdük. Biz onun təhlükəsizliyi üçün dua edir və tezliklə sağalmasını arzulayırıq”.
Yeni Zelandiyanın Baş naziri Kristofer Luxon
“Bu gün Pensilvaniya mitinqində baş verənlərdən şoka düşdüm. Mənim qəlbim keçmiş prezident Donald Trampın, onun ailəsi və bu hücumun qurbanları ilədir. Heç bir ölkə bu cür siyasi zorakılıqla üzləşməməlidir”.
Ukrayna prezidenti Vladimir Zelenski
“ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniyadakı mitinqində güllələndiyini biləndə dəhşətə gəldim. Bu cür zorakılığın dünyanın heç bir yerində heç bir əsası və yeri yoxdur. Zorakılıq heç vaxt üstün olmamalıdır. Donald Trampın hazırda sağ-salamat olduğunu öyrənmək məni rahatladı və ona tezliklə sağalmağı arzulayıram”.
İtaliyanın baş naziri Giorgia Meloni
“Pensilvaniyadan gələn xəbərləri narahatlıqla izlədik və Donald Trampın tezliklə sağalmasını arzulayırıq. Seçki kampaniyasının növbəti aylarında dialoq və məsuliyyət nifrət və zorakılığa qalib gələ biləcək”.
Yaponiyanın baş naziri Fumio Kişida
“Demokratiyaya meydan oxuyan hər cür zorakılığa qəti şəkildə qarşı çıxmalıyıq”
Pakistanın baş naziri Şahbaz Şərif
“Keçmiş prezident Trampın seçki kampaniyası mitinqində güllələndiyini indicə öyrəndim. Bu, şok edici bir hadisədir. Siyasətdəki bütün zorakılığı pisləyirəm. Sabiq prezidentə tezliklə sağalma və möhkəm cansağlığı arzulayıram”.
Filippin prezidenti Ferdinand Markos
“Keçmiş prezident Donald Trampın qarşı sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olması xəbərindən sonra rahatlıq tapdıq. Düşüncələrimiz və dualarımız onun və ailəsinin yanındadır. Biz dünyada demokratiyanı sevən bütün insanlarla birlikdə siyasi zorakılığın bütün formalarını pisləyirik. Xalqın səsi həmişə ən yüksək olaraq qalmalıdır”.
Hindistanın baş naziri Narendra Modi
“Dostum, keçmiş prezident Donald Trampa hücumdan çox narahatam. Hadisəni qətiyyətlə pisləyirəm. Siyasətdə və demokratiyada zorakılığa yer yoxdur. Ona tezliklə sağalmasını arzulayıram. Dualarımız Amerika xalqı, həlak olan, yaralananlar və onların ailələri üzvləri ilədir”.
Tayvan prezidenti Uilyam Lai
“Mənim ABŞ-ın keçmiş prezidenti Trampladır və ona tezliklə sağalmasını arzulayıram. Hər hansı formada siyasi zorakılıq bizim demokratiyalarımızda heç vaxt qəbuledilməzdir. Hücumdan zərər çəkənlərə səmimi başsağlığı verirəm”.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva
“Bu hücum qəbuledilməzdir. Keçmiş prezident Donald Trampa hücum siyasətdə demokratiya və dialoqun bütün müdafiəçiləri tərəfindən qəti şəkildə rədd edilməlidir”.