vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:23 | 21 iyul 2024 | Bazar Məqaləyə 170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir-iki həftə qalıb?

Blinken: “İran nüvə silahı üçün parçalanan material istehsal etmək üzrədir”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, İran “bir-iki həftə ərzində” nüvə bombası üçün parçalanan material istehsal edə bilər. Blinken ABŞ-ın Tehranın buna nail olmasına mane olmaq əzmində olduğunu təkrarlayıb.

Koloradoda təhlükəsizlik forumunda çıxış edən Blinken, “Mövcud vəziyyət yaxşı deyil, çünki İran nüvə sazişinin sona çatması səbəbindən nüvə bombası üçün parçalana bilən material istehsal etmək üzrədir. İndi yəqin ki, bunun bitməsinə bir-iki həftə qalıb”.

“Tehran hələ nüvə silahı yaratmayıb, lakin biz bunu çox diqqətlə izləyirik, çünki son həftələrdə və aylarda gördüyümüz odur ki, onlar bu nüvə proqramı ilə irəliləyirlər”, – ABŞ dövlət katibi deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir ki, İran nüvə silahı olmayan yeganə ölkədir ki, uranı 60 faizədək zənginləşdirir.