vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
09:46 | 22 iyul 2024 | Bazar ertəsi Məqaləyə 132 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dövlət sərhədindən geri dönüb”

ABŞ və Rusiya arasında təhlükəli gərginlik

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Müdafiə Nazirliyi, Barents dənizi üzərində ABŞ-ın iki “B-52H” bombardmançı təyyarəsini aşkar etdikdən sonra Rusiyanın “Miq-29” və “Miq-31” qırıcı təyyarələrini havaya qaldırdığını bildirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Barents dənizi üzərində Rusiya hava məkanına nəzarət vasitələrinin Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan bir qrup hava hədəfi aşkar etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus “Miq-29” və “Miq-31” döyüş təyyarələri hava hədəfinin kimliyini öyrənmək və dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün havaya qalxıb. Qırıcılar hava hədəfinin ABŞ Hərbi Hava Qüvvələrinə aid bir cüt “B-52H” strateji bombardmançı təyyarəsi olduğunu müəyyən edib. Rusiya qırıcıları yaxınlaşdıqca, ABŞ bombardmançıları Rusiya Federasiyasının dövlət sərhədindən geri dönüb”, – bəyanatlarda bildirilir.

Açıqlamada, Rusiya təyyarələrinin təhlükəsiz şəkildə öz anqarlarına qayıtdığı və sərhədin pozulmasına icazə verilmədiyi bildirilib: “Rusiya döyüş təyyarələrinin uçuşu neytral sular üzərində hava məkanı beynəlxalq qaydalara və istifadə ilə bağlı təhlükəsizlik tədbirlərinə tam uyğun olaraq həyata keçirilib”, – ifadəsi işlədildi.