vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
08:48 | 23 avqust 2024 | Cümə Məqaləyə 241 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Demokratik Partiyaya qurdla hücum

Milli Konqresin səhər yeməyində qidalara həşəratlar qoyulub

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Federal Təhqiqat Bürosu (FTB) və Çikaqo polisi etirazçıların Demokratik Milli Konqresində (DNC) nümayəndələr üçün səhər yeməyi bufetinə qurd və çəyirtkə qoyması ilə bağlı iddiaları araşdırır.

Bildirilir ki, həşəratların iclas zamanı İndiana, Minnesota, Ohayo, Missuri və Cənubi Dakotadan olan nümayəndələrin qaldığı Fairmont hotelindəki yeməklərə yerləşdirilib.

Konqresin informasiya mərkəzi öz bəyanatında bildirib ki, bir qrup “naməlum” qadın binaya daxil olaraq “üstündə yemək olan masaların üzərinə naməlum əşyalar qoymağa başlayıblar”.

"Cinayətkarların daha sonra ərazini tərk etdiyi güman edilir. Bir zərərçəkənə hadisə yerində tibbi yardım göstərilib və yola salınıb”.

Şahidlərdən biri “USA Today”ə həşəratların çəyirtkəyə bənzədiyini söyləsə də, bir sıra müxtəlif məlumatlarda bunun yemə girən qurdlar olduğu bildirilir.

İndiana nümayəndəsi Karen Tallian qəzetə deyib: “Hamımız səhər yeməyinə gəlirdik və tualetdə iki qadın gizlənmişdi. Onlar qaçıb bara qurd atdılar”, – dedi Tallian.

Keçmiş ştat senatoru “USA Today”ə deyib ki, ondan əvvəl yeməkxanaya gedən dostları mübahisəni görüblər.

Səhər saat 6:45-də baş verən təxribata görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

“Fairmont” açıqlamasında hadisəni təsdiqləyərək “bir qrup şəxs hotelimizdə DNC ilə bağlı səhər yeməyi tədbirini pozdu”, – deyib.

Hotel rəsmiləri hüquq-mühafizə orqanlarına sürətli reaksiya göstərdiklərinə görə minnətdar olduqlarını bildiriblər.

“Komandamız dərhal ərazini təmizləmək və dezinfeksiya etmək üçün tədbir gördü ki, tədbir başqa insidentlər olmadan davam etsin”, – dedilər.

İndiana ştatının nümayəndəsi Karolin Cekson “USA Today”ə bildirib ki, yeməklər hadisədən sonra bir saat ərzində dəyişdirilib.

Bu, Konqresdəki son iğtişaşlar deyildi. Nümayəndələrin və digər iştirakçıların qaldığı hotellərə bir sıra bomba hədələri edilib.

“Biz dünən hər təhlükəni aradan qaldırdıq və təhdidlər bu gün də gəlməkdə davam edir”, – Məxfi Xidmətin xüsusi agentinin müavini Derek Mayer deyib.

Hələ ötən ay İsrailin baş naziri Binyamin Netanyahunun həmin vaxt qaldığı “Watergate” hotelinə həşəratlar buraxılmışdı. Konqresin keçirildiyi Çikaqo bölgəsində etirazçılar Qəzzada müharibənin dayandırılmasını və ABŞ ordusunun İsrailə dəstəyinin kəsilməsini tələb edərək hər gün nümayişlər keçirirlər.

İndiana Demokratik Partiyasının sözçüsü Sem Barloqa “USA Today”ə açıqlamasında “Bütün amerikalıların dinc etiraz etmək hüququ var, lakin bu kimi çirkin hücumların bizim demokratiyada yeri yoxdur”, – deyib.