vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
19:18 | 3 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyada seçkilər saxtalaşdırılıb

İfrat sağçı partiyanın xeyrinə

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın Saksoniya əyalətində sentyabrın 1-də keçirilən ştat parlamenti seçkilərində bülletenlərin saxtalaşdırıldığı bildirilib.

Drezden Polis İdarəsindən verilən açıqlamada bildirilib ki, Saksoniya Ştat Assambleyasına seçkilər üçün poçt vasitəsilə verilən səslərin hesablanması zamanı Drezden şəhərindəki iki seçki dairəsində saxtalaşdırılmış bülletenlər aşkar edilib.

Bildirilib ki, naməlum şəxslər seçicilərin seçki bülleteninə qoyduğu xaç işarələrini “manipulyasiya edib” və bunun əvəzinə ifrat sağçı Azad Saksoniya (Frie Sachsen) Partiyasını qeyd ediblər.

100-ə yaxın səsin bu şəkildə dəyişdirildiyi və məsələ ilə bağlı araşdırma aparıldığı qeyd edilib.

İfrat sağçı Azad Saksoniya Partiyası 36012 saylı seçki dairəsində səslərin 10,2 faizini toplayıb və burada seçki bülletenlərinin “saxlanıldığı” bildirilib. Partiya əyalətdə səsi 2,2 faizə çatıb.

Azad Saksoniya Partiyasını ölkənin daxili kəşfiyyat təşkilatı olan Almaniya Konstitusiyanı Qoruma Bürosu ifrat sağçı bir quruluş olduğu səbəbilə təqib edir.