vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
12:41 | 24 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 115 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinciliyə yüksəldilər

Nasizm Avropaya qayıdır?

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstriyada nasistlərin yaratdığı ifrat sağçı partiya sentyabrın 29-da keçiriləcək seçkilərin favoritidir.

Son rəy sorğularında birinci yerdə olan ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) nasist keçmişinə baxmayaraq, ümumi seçkidə qalib gələcəyi dəqiqdir.

İyun ayında keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçı FPÖ seçkilərdə qalib gəlmişdi. Avstriyada keçirilən bütün sorğularda İkinci Dünya müharibəsindən sonra ilk dəfə bir seçkidə zirvəyə çıxan ifrat sağçıların parlament seçkilərinin qalibi olacağı gözlənilir. FPÖ-nün seçkidə ən azı 28 faizdən səs alacağı təxmin edilir.

1933-cü ildən Almaniyada nasist diktatoru Adolf Hitlerin hakimiyyəti ələ keçirməsindən sonra Avstriyada meydana çıxmağa başlayan nasist ideologiyası, 1938-ci ildə müstəqil dövlət olan Avstriya “böyük alman imperiya qurmaq” xülyası ilə nasist Almaniyasına birləşərək bu ölkənin əyalətinə çevrilmişdi.