vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
13:42 | 25 sentyabr 2024 | Çərşənbə Məqaləyə 72 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polis şübhəlini axtarır

Kölndə müəmmalı partlayışlar davam edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın Köln şəhərində kafedə partlayış baş verib. Daha əvvəl iki yerdə partlayışlar narahatlıq doğurmuşdu.

Almaniyanın Köln şəhərində kafedə baş verən partlayışda iki nəfər yüngül xəsarət alıb. Yerli vaxtla saat 02.45-də “Longericher” küçəsində baş verən partlayışla bağlı polis hələ məlumat verməsə də, yerli mətbuatda 2 nəfərin yüngül yaralandığı bildirilir.

Ətrafdakı sakinlərdən əldə edilən məlumata görə, şüşələri sınmış kafedə baş verən yanğın nəticəsində əvvəlcə partlayış səsi eşidilib, daha sonra binaya böyük ziyan dəyib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Sentyabrın 16-da Kölndə baş verən oxşar partlayışda türklərə məxsus əyləncə məkanında işləyən təmizlik işçisi yaralanıb. Saat 06:00 radələrində Hohenzollernrinq küçəsində baş verən partlayışla bağlı binanın təhlükəsizlik kamerası görüntülərində bir nəfərin binanın girişində qutu qoyub getdiyi və partlayışın dərhal baş verdiyi görülüb.

Hadisə ilə bağlı araşdırma aparan polis fotoşəkilləri yayımlanan şübhəlinin axtarışına başlayıb və ictimaiyyətdən kömək istəyib.

Sentyabrın 18-də Kölndə geyim mağazasının qarşısında baş verən partlayışda bir nəfər yüngül xəsarət alıb.