vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
18:22 | 24 iyul 2017 | Bazar ertəsi Məqaləyə 2406 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Belə yanaşmaq olmaz!...»

Abdulatipov Abbas Abbasovun oğlunun tikinti apardığı Dərbəndin rəzmi sayılan Nizami parkından narazı qaldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən bazar günü iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd şəhərində dahi şair Nizaminin adını daşıyan və hazırda xarabalığa çevrilən parkda olub. virtualaz.org RİA «Derbent» agentliyinə istinadən xəbər verir ki, Abdulatipov parka baxış keçirəndən sonra onun qısa müddətdə bərpa edilməsinə dair göstəriş verib.

Dağıstan rəhbəri bildirib ki, parkın bərpası layihəsinə lazım olan maliyyə təmin olunacaq. «Öz tarixinə belə biganə yanaşmaq olmaz! Axı bu, şəhərin simvollarından biridir. Məhz burada, Dərbəndin bu yaşıl zonalarından birində bir vaxtlar bütün şəhər sakinləri dincəlirdi. Parkın həmin görkəmini bərpa etmək, əhəmiyyətini özünə qaytarmaq və onu yenidən qurmaq lazımdır», - Abdulatipov bildirib.

Nizami parkının baxımsızlıqdan xarabalığa çevrildiyi barədə dəfələrlə yazılıb. Baxmayaraq ki, parkın ərazisində aşkar olunan qədim qəbiristanlığa görə Dağıstan hökuməti ərazini tarixi qoruq kimi tanıyıb. Park xarabalığa çevrildiyindən Nizaminin heykəli də oradan götürülüb. Hazırda parkın ərazisində «Derbent Plaza» adlı çoxfunksiyalı kompleks inşa edilir. Baxmayaraq ki, Dağıstan hökuməti parkın ərazisində tikinti aparılmasına qadağa qoyub. Dağıstan mənbələrinin məlumatına görə həmin kompleksi tikən investorlar arasında Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu da var. Hansı ki, Abbas Abbasov Dağıstan rəhbəri ilə yaxın dostdur.