vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ATLETİKA  
09:53 | 12 avqust 2017 | Şənbə Məqaləyə 164 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycana gəlsən həbs olunacaqsan»

Ramil Quliyevi təhdid ediblər?

MÖVZU İLƏ ƏLAQƏLİ

Londonda keçirilən dünya yüngül atletika çempionatında 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq Türkiyə adından sensasion qələbə qazanan azərbaycanlı atlet Ramil Quliyevi Azərbaycana qayıdacağı təqdirdə həbs etməklə hədələyiblər. Virtualaz.org xəbər verir ki, bunu Ramil Quliyev «Hürriyyet» qəzetinin idman yazarı Fatih Saboviçlə söhbətində deyib.

Qəzet xatırladır ki, Ramil Quliyev Azərbaycanın məşhur atleti, 200 metr məsafəyə qaçış üzrə bir sıra nailiyyətlər qazanmış Eldar Quliyevin oğludur. Dünyada məşhur atlet Useyin Boltun 4 ildir dalbadal qazandığı dünya çempionu adını ondan alan azərbaycanlı atletin qələbəsi dünya mətbuatında geni rezonans doğurub. Ramil Quliyev «Hürriyet» yazarı ilə söhbətində vaxtilə atasının ona necə güc verdiyini danışıb.

«2007-ci il mayın 29-u idi. O günü tez-tez xatırlayıram. 17 yaşım tamam olurdu. Bakıda keçirilən Azərbaycan çempionatında 200 metr məsafəni 20.62 saniyəyə qaçmışdım. Yarışdan sonra atamla və məşqçimlə çay bağçasında oturduq. Atam mənə «Bu yaşında 21 saniyənin altına endin, hələ inanana bilmirəm. Bundan sonra limitin yox, hər şeyi bacara bilərsən, oğlum» dedi. Həmin an sanki dünyalar mənim olmuşdu. O gündən sonra həmişə bu anlardan və atamdan qüvvət aldım», - Ramil Quliyev danışır.

Atlet 2010-cu ildə «Fənərbaxça» klubuna keçib, 2011-ci ildə Türkiyə vətəndaşlığına keçməyi qərara alıb. 2012-ci ildə Azərbaycanın idman naziri Ramil Quliyevi «yüksək maddi tələblər irəli sürməkdə» ittiham etdi. Ramil isə Türkiyədəki atletizm həyacanı və imkanlar baxımından bu ölkəni seçdiyini bildirdi. Azərbaycanın adından çempionatlarda çıxış etmək istəmədi. «Həmin vaxt o, Azərbaycan vətəndaşlığından çıxarılma və Azərbaycana girərsə həbs olunma təhdidləri ilə qarşı-qarşıya qaldı. Azərbaycan İAAF-a müraciət edib 2013-cü ilin aprelinə qədər Ramilin başqa ölkə üçün yarışmasını əngəllədi», - «Hürriyet» yazarı bildirir.

Həmin tarixdən sonra atlet Türkiyə forması ilə yarışmağa başlayır...

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Ramil Quliyevi qələbə münasibətilə təbrik edib, onun qələbəsinin Türkiyə-Azərbaycan qardaşlığının daha bir bariz nümunəsi olduğunu bildirib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *