vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
23:49 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 300 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Ya «Neftçi», ya U-21

Rəşad Sadıqov üçün 2 seçim var ...

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə Azərbaycan yığmasının və «Qarabağ»ın kapitanı Rəşad Sadıqov karyerasını tezliklə başa vura bilər. Komanda.az saytının əldə etdiyi məlumata görə, 35 yaşlı futbolçunun DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə səfər oyununda öz qapımıza vurduğu qoldan sonra üzləşdiyi tənqidlər onun yenidən karyerasını başa vurmaq fikrinə düşməsinə səbəb olub. Bundan başqa, təcrübəli futbolçuya məşqçi kimi bir neçə sərfəli təklif var. Sadıqov hazırda bu təklifləri götür-qoy etməklə məşğuldu.

Əldə etdiyimiz məlumata görə, «Neftçi» rəhbərliyi Sadıqovu baş məşqçi postunda görmək istəyir. Elxan Abdullayevin istefasından sonra Elşad Əhmədova həvalə olunan «ağ-qaralar»ın sükanı məhz sabiq futbolçusuna tapşırıla bilər. Rəşad 2001-2002, 2003-2005 və 2006-2008-ci illər aralığında məhz paytaxt klubunda çıxış edib.

Bundan əlavə, Yaşar Vahabzadənin rəhbərliyi altında o qədər də uğurlu çıxış etməyən, AÇ-2019-un seçmə mərhələsinə uğursuz start verən U-21 yığmamızın da Sadıqova tapşırılacağı barədə məlumat əldə etmişdik. Hazırda Sadıqovla danışıqlar davam etdirilir. Danışıqların necə nəticələnəcəyini bilmirik. Amma bilinən odu ki, həm «Neftçi»nin, həm də U-21 yığmamızın «təzə qan»a ehtiyacı var.

Elə Rəşad özü də futbol karyerasında yeni səhifə açmaq barədə düşünür. Onun elə oyunçu karyerasını davam etdirdiyi bir vaxtda geridə qalan mövsümdə «Qarabağ»ın U-19 komandasını çalışdırması, bu kollektivi Azərbaycan çempionu etməsi Sadıqovun məşqçiliyə olan böyük marağından xəbər verir. «Neftçi» və ya U-21-in «sükan»ı arxasında çalışmaq isə təcrübəli futbolçu üçün UEFA Gənclər Liqasında mübarizə aparacaq «Qarabağ»ın U-19 komandasından da cəlbedici ola bilər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *