vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
21:26 | 23 noyabr 2017 | Cümə axşamı Məqaləyə 217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hakimə dedim ki, ...»

Rəşad Sadıqov: «Emosiyalarımı saxlaya bilmirəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə çempionu «Çelsi»yə qarşı keçirdikləri ev oyunundan (0:4) sonra jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ xəbər verir ki, 20-ci dəqiqədə qırmızı vərəqə alaraq, Ağdam təmsilçisi azlıqda qoyan kapitan əvvəlcə oyunu dəyərləndirib...


- Oyun barədə nə isə danışmaq çətindir. Matçı iki hissəyə bölmək olar. Birincisi, qırmızı vərəqəyədək olan, ikincisi, qırmızı vərəqədən sonra. Birinci hissəyə çox yaxşı başlamışdıq, hər şey əla, oyun nəzarətimizdə idi. Amma bir anda hər şey pozuldu.

 

- Referiyə həmin epizodda nə dedin?

- Dedim ki, penalti verirsənsə, heç olmasa, qırmızı vərəqə vermə.

 

- Qırmızı vərəqə ilə razılaşırsan?

- Mən, sadəcə, sonuncu ümid folunun hansı epizoda aid olduğunu tuta bilmirəm. Qaydalarda edilən dəyişiklik hansı vəziyyətlərə aiddi? Deyirlər ki, oyunçu qapıçı ilə təkbətəkə doğru gedirsə, bu, qırmızı vərəqədir. Bəs əks halda, sonuncu ümid folu necə olur? İkimiz də topa doğru hərəkət edirdik. Bəlkə də bir az tutub buraxmışdım. Baş hakim penalti təyin edirsə, qırmızı vərəqə ağır qərar deyilmi? Yaxud Qara Qarayevin epizodu olsun. Belə epizodlara penalti verirsənsə, gərək onda hər epizodda oyunu saxlayıb cərimə zərbəsi təyin edəsən. Belə penalti olur? Biz hakimlikdən çox danışmırıq, indi də danışmaq istəmirəm. Lakin emosiyalarımı saxlaya bilmirəm.

 

- «Qarabağ»ın bəxtsiz komanda olduğunu düşünmürsən?

- Avrokuboklarda hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. 10-15 həlledici epizod yada sala bilərik. Komandamız onsuz da 10 nəfərlə qalıb, 0:2 hesabı ilə uduzur. Belə bir vaxtda penalti verirlər? Mən son 10-15 ildə belə penalti görməmişəm. İki oyunçu da ayaq üstə olsun, top uğrunda mübarizə aparsın, referi isə bunu penalti kimi dəyərləndirsin... Buna necə şərh verməli olduğumu bilmirəm.

 

- «Roma» ilə İtaliyada keçirəcəyiniz son oyundan nə gözləyirsən?

- Çətin səfər oyunu olacaq. Çox istəyirdik ki, bu gün yaxşı nəticə əldə edək, hətta qələbə qazanaq, azarkeşlərimizi sevindirək. Çox məyusuq. Uşaqlar sonadək mübarizə apardılar. Daha böyük hesabla məğlub olacağımızdan qorxurdum. Komandamız «Roma» ilə oyuna da ciddi hazırlaşacaq və əlindən gələnin ən yaxşısını etməyə çalışacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *