vaxtlı-vaxtında oxuyun! Şənbə, 22 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
11:54 | 4 mart 2018 | Bazar Məqaləyə 631 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İkinci dövrədə hamı güclənib»

Rəşad Sadıqov 1 xaldan məmnundur

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın kapitanı Rəşad Sadıqov «Sumqayıt»la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.


- Matçla bağlı nə deyə bilərsiz?

- Maraqlı oyun alındı. «Sumqayıt»dan bu qədər güclü olacağımızı gözləmirdim. 90 dəqiqə boyunca oyuna nəzarət elədik. Rəqib qapıya bir zərbə vurdu, o da qol oldu. Uşaqlar yaxşı oynadılar, istəkli idilər. Ümumi baxanda bir xal da pis deyil.

 

- Demək olarmı ki, 3 xal qazanmağınıza bir az da şanssızlıq mane oldu?

- Xeyli qol imkanımız oldu, amma istifadə edə bilmədik.

 

- Azarkeşlərlə dialoqunuz oldu. Orda nə baş vermişdi?

- Bir söz dedi və mən də fikrimi bildirdim.

 

- İlk hissədə rəqib bir qol vurdu, sayılmadı, sonra Ehtiram boş qapıya zərbə vura bilmədi, amma deyirsən ki, rəqibin cəmi bir imkanı oldu...

- Belə baxsaq, çərçivəyə tərəf cəmi bir zərbə olub.

 

- 36 yaşlı Rəşad Sadıqov demək olar ki, gəzə-gəzə Azərbaycan çempionatında oynaya bilir. Qəbul etsən də, etməsən də kənardan bu cür görünür. Bu, çempionatın səviyyəsinin aşağı düşdüyünü göstərir, yoxsa Rəşad elə güclü oyunçudur ki, hələ də yüksək səviyyədə oynaya bilir?

- Özüm haqqında nəyisə şərh etməyi sevmirəm. Amma çempionat zəif deyil, əksinə, hiss olunur ki, ikinci dövrədə hamı güclənib.

 

- Meydanda baş məşqçisi olduğun 3 futbolçuya qarşı oynayırdın. Bu, necə hissdir? Sanki həmin oyunçular ikili mübarizələrdə sizdən çəkinirdilər. Sərt oynamırdılar ki, birdən milliyə çağırmazsınız...

- Siz məni elə adam kimi tanıyırsız? Yəni kimsə məni zədələsə, onu yığmaya çağırmaram? Həmin oyunçulardan hansı iləsə meydanda qarşılaşdığımı xatırlaya bilmirəm. Daha çox Cavid və Amillə mübarizə aparırdım. Ümumiyyətlə, normal hissdir. Onları heyətdə görəndə sevindim.

 

- Oyunları səni qane etdi?

- Özlərini yaxşı tərəfdən göstərdilər.

 

- Amil Yunanovun milliyə çağırılması məsələsi tez-tez müzakirə olunur. Səncə, bu gün özünü sübut edə bildi?

- Amil yaxşı oyunçudur. Amma fikrimcə, milliyə düşmək üçün bir az da artırmalıdır. Ümumiyyətlə, millinin baş məşqçisi Qurban Qurbanovun diqqətində olan oyunçudur. Geniş siyahısında onun da adı var. Çempionatımızdakı yaxşı hücumçulardan biridir. Amma gördüyünüz kimi, son dönəmlərdə Samir Abasov da ondan şikayət edir. Hər bir şey futbolçunun özündən asılıdır. Hər məşqçi istəyər ki, ən yaxşı oyunçulardan istifadə etsin. Nəticələrə məşqçi məsuliyyət daşıyır. O da istəyir ki, nəticə yaxşı olsun. Çalışdırıcı belə şey fikirləşmir ki, bunu yox, o biri futbolçunu götürürəm. Mən də məşqçiliyə başlamışam. İstəyirsən ki, ən yaxşı kimdirsə, o oynasın. Doğma oğlun da olsa, onu qırağa qoyursan. Başqasını oynadırsan ki, təki nəticə olsun. Fikirləşirəm ki, Amil və digər yerli futbolçular əzmkarlıq göstərməlidilər. Milliyə düşmək üçün mübarizə aparmalıdırlar. Çünki hər birinin şansı var. Mən Qurban müəllimi yaxşı tanıyıram. Bilirəm ki, hər birinin şansı var.

 

- Mahir Mədətov qış fasiləsindən sonra sanki əvvəlki kimi oynamır. Bu gün də çox zəif çıxış etdi. Epizodlarda da ona etiraz edirdin. Ndlovunun gedişindən sonra o tək bu yükü daşıya bilmir, yoxsa başqa səbəblər var?

- Mahir hələ cavandır. Ona təcrübəli olmaq üçün illər lazımdır. Ustalığı daha da artmalıdır. Bu gün «Qarabağ»da hücumçu kimi oynamaq məsuliyyətli işdir. Bu, hər futbolçunun işi deyil. Tam pis deməzdim, amma Mahir daha yaxşı formada olmalıdır. Mən özüm də o fikirdəyəm. Çalışır, mübarizə aparır və məşqlərdə də öz üzərində işləyir, amma «Qarabağ»da öndə oynamaq üçün daha çox şey lazımdır. Əvvəl daha çox solda çıxış edirdi, onun da təsiri var. Özünü fərqli hiss edir. Cinahda daha çox driblinq etmək şansı olurdu. Mən də bir epizodda ona iradımı bildirdim. Başqa bir şey olmadı.

 

- «Qarabağ»ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisisən. «Sumqayıt»la oyun təxirə salındı. Deyilənə görə, bu, sizə görə olub ki, «Kəpəz»lə matça çıxmalı idin...

- Biz iki dəfə təklif etdik, rəqib oynamaq istəmədi. Mən də onları başa düşürəm. Bu oyun ÇL-ə görə təxirə düşdü. Sonra biz vaxt təşkil elədik. «Sumqayıt»ın əvəzedicilərlə oyunu oldu. Bu da normal haldır. Bu həftə növbəti tur üçün oynayacağıq. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Təxirə salınmış oyunda iki komanda da razı olmalıdır. Biz də elə edək ki, hər ikimizə uyğun olsun. Bizimlə bağlı problem yoxdur.

 

- Qış fasiləsindən sonra «Qarabağ» 4 oyuna cəmi 3 qol vurub. Bu nə ilə bağlıdır?

- Mən həmişə futbolu qolla qiymətləndirmirəm. Bu gün pis oynayıb, iki qol vura bilərdik. Əminəm ki, çoxları deyəcək ki, «Qarabağ» yaxşı formadadır, amma bu gün «Sumqayıt»la səfərdə belə futbol oynadıq, bu, mənim üçün çox önəmlidir. Bəzi epizodlardan yararlana bilmədik, bu isə futbolda olan hallardır. Bu, məsələnin texniki tərəfidir. Güclü klublar da qol şanslarından istifadə edə bilmirlər. 4 oyunda qol epizodlarımız çox olub, amma istifadə edə bilməmişik. Əvvəllər də belə hallar olub, biz o epizodlara görə ÇL-in qrupundan da kənarda qalmışıq. Ötən mövsüm ikinci dövrəyə çox pis başladıq. Çoxlu xallar itirirdik. Belə hallarla rastlamışıq. Rəqiblər də güclüdür. «Sumqayıt» və «Kəpəz» çox yaxşı müdafiə olunurdu. Digər klubları da misal göstərmək olar. Hər zaman ikinci dövrə birincidən yaxşı keçir. Komandalar istəkli olur. Özlərini yaxşı tərəfdən göstərmək istəyirlər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *