vaxtlı-vaxtında oxuyun! Cümə, 24 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0123 AZN
Rusiya rublu 1 RUB = 0.0291 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2659 AZN
Türk lirəsi 1 TRY = 0.4329 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
09:47 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 544 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gəlmişdik bir oyun görək»

Sadıq Sadıqov yenidən səhnədə

MÖVZU İLƏ ƏLAQƏLİ

Millinin San-Marino zəfəri (xexe) AFFA rəhbərliyinin qol-qanadını açmışdır. Tarixi boyu qələbə üzü görməyən bir yığmaya qarşı triumf - 5:1! (yenə xexe)

Ona görə də AFFA prezidenti Rövnəq Abdullayevin, baş katib Elxan Məmmədovun ora-bura bəh-bəhlə açıqlama verməsi, «futbolumuzun....» deyib, cəh-cəhləməsi üçün münbit şərait yaranmışdı.

Onlar səmimi deyillər. Çünki 3 gün əvvəl, Osloda uduzduğumuz (0:2) qarşılaşmadan sonra Rövnəq Abdullayevlə, Elxan Məmmədovla, digər futbol məmurlarıyla rastlaşsam da, heç biri açıqlama vermək istəmirdilər. Sivişib, aradan çıxmağa can atan həmin adamlar idi. Ki, bu gün elə bil, ogünkü adamlar deyildilər.

Yenə Abdullayevi anlamaq olar. SOCAR-dan rəhbər olaraq futbola pulburaxandır da (xexe), bəs Elxan Məmmədov nə deyib, açıqlama verir? O da buraxılan pulları Azərbaycan futboluna daraşdırdığı dost-tanışı vasitəsiylə mənimsəmə istedadı nominasiyasında fərqləndiyi üçün? (xexe bir az uzun).

Bunlar bir kənara, sizə bir mənzərəni nəql eləmək istərdim. Rövnəq Abdullayev stadiondan çıxanda sağında Sadıq Sadıqov, solunda Ramin Musayev idi. Musayevi anlamaq olar, anlamamaq da olar, yola verir də özüyçün, Sadıqov isə...

Sadıqovun yığmanın oyununa gəlməsi, rəhbərliklə birgə izləməsi və media önünə onların yanında çıxması. Bu, ciddi mesaj olmaya bilməz.


-  Salam. Sadıq müəllim, xoş gördük sizi.

- Əleyküm salam, necəsiniz?


- Sizi burda görmək qəribə oldu.

- Gəlmişik də. Oyunu görək.


Dedi və sürətlə uzaqlaşdı. Mikrofona/diktofona danışmaq istəmədiyini hiss elədiyimizdən rəncidə etmək istəmədik. Ancaq adamın politik mesajı aydındır.

Baş katib Elxan Məmmədov və dəstəsi və dəstənin xaç atası Elşad Nəsirov isə yuxarıda açıqladığım dəstənin ətrafında, yan-yörəsində dayanmışdı. Sadəcə...

Sanki nəyisə pusurmuş kimi/bir az da narahat.

Bəllidir, müəyyən proseslər gedir. Həm AFFA, həm «Neftçi»ylə bağlı kulis çəkişmələri, ambisiya mübarizəsi sürətini daha da artırıb. Bu məqamda məhz Sadıqovun məhz bu formada ortalığa, yəni necə deyərlər, futbol səhnəsinə qayıtması (gəlməsi) şübhəsiz ki, ipuclarının göstəricisidir.

Bu məqamı elə-belə qeyd etmirik. Xatirinizdə saxlayın. Yenə qayıdacağıq... («FutbolPress»)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *