vaxtlı-vaxtında oxuyun! Cümə, 16 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9190 AZN
1 Rusiya rublu 1 RUB = 0.0250 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2078 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3101 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
09:12 | 6 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 1143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məğlub olsaq da, razı qaldım»

Tərlan Əhmədov: «Futbola yuxarıdan baxanda daha rahatdı»

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının 11-ci turunda səfərdə «Zirə»yə uduzan (0:1) «Neftçi»nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Əhmədov öncə oyunla bağlı fikirlərini bildirib:

- Məğlub olsaq da, bu gün zəif çıxış etmədik. Müdafiədə oturmadıq. Ancaq bu, futboldur, hərdən belə də olur. Komandamın oyunundan razı qaldım. Uşaqlara matçdan sonra təşəkkür etdim. Bundan öncəki oyundan sonrakı mətbuat konfransında yolun əvvəlində olduğumuzu demişdim. Artıq yolun ortasındayıq. Bu gün bir səhvlə məğlub olduq. Qarşıda bizi daha çətin qarşılaşmalar gözləyir. Bu oyundakı səhvlərimizi analiz edərək, gələcək matçlara daha motivasiyalı çıxacağıq.

 

- Növbəti turda sizi «Qəbələ» ilə çətin oyun gözləyir. Bu oyunadək isə çempionatda fasilə yaranacaq. Bu, komandanın xeyrinədir, ya ziyanına?

- Bunu bilmək olmaz. Sadəcə, bu fasilədən maksimum istifadə etməyə çalışacağıq.

 

- İqnasio Errera birinci qolda səhvlə yadda qaldı. İki epizodda isə yerli futbolçular əlverişli mövqedə olmasına baxmayaraq, ona ötürmə vermədi. Siz isə onu yalnız oyunun 80-ci dəqiqəsində əvəzlədiz. Bu, yerli futbolçulara mesaj deyildi ki?

- Futbola yuxarıdan baxanda daha rahatdır. Pelenin belə bir sözü var - Damanı hamı oynayır, ancaq heç kim bilmir ki, necə oynanmalıdır. Futbolu isə heç kim oynamır, ancaq hamı bu barədə danışır. Onu meydanda saxlamağım heç kimə mesaj deyil. Heç kimlə danışıq aparmamışam.

 

- Sağ cinaha çarə tapmısız, bəs sol cinahdakı problemi nə vaxt həll edəcəksiz?

- Maksimum çalışıram ki, yerli oyunçular daha çox çıxış etsin. Akademiyaya göz gəzdirməyə imkanım olmayıb. Fürsət tapan kimi baxacam. Hələlik, bu mövqedə Anton Krivotsyuk çıxış edir. 

 

- Petrovun oyununu necə dəyərləndirərdiz? İlk qolda onun səhvi də var idi...

- Bir oyunçu səhv etmirsə, demək ki, ümumiyyətlə oynamayıb. Məğlubiyyətdə heç kimi günahlandırmıram. Futbolçularıma oyuna görə təşəkkür etdim. Heç bir futbolçunu günahlandırmıram. Oyunun taleyini bir top həll etdi. Son 7 turda heç kimdən zəif oynamamışıq. Bu gün «Zirə» qalib gəlibsə, deməli, onlar daha layiq idilər.

 

- Emin Mahmudovun əsas heyətdə yer almaması nə ilə bağlı idi?

- Bu oyun daha çox istək tələb edirdi. Rəhman Hacıyev süni ot örtüyündə daha çevik hərəkət etdiyinə görə start heyətində ona şans verdim. İkinci hissədə Emini meydana buraxdım. Çünki onun mərkəzdə top saxlaya biləcəyini düşünürdüm.

 

- Bu gün Seqoviyanın heyətdə olmaması nə ilə bağlı idi?

- Fəhmin Muradbəyli, Pavel Dreksa və Daniel Seqoviya əvəzedici heyətdə zədə aldığından bu gün heyətdə yer almadı. (Komanda.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *