vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9314 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1474 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3176 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:55 | 20 iyun 2018 | Çərşənbə Məqaləyə 570 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ona insan deməzdim...”

Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistanda müdafiə nazirinin keçmiş müavini, oliqarx və general-deputat Manvel Qriqoryanla bağlı rüsvayçı hadisəyə münasibət bildirib. Nazir virtualaz.org-un əməkdaşının sualına cavab olaraq bildirib ki, Azərbaycan ərazilərində hərbi cinayətlər törətmiş Manvel Qriqoryanın Qarabağa əsgərlərə göndərilmək üçün məktəblilərin topladıqları ərzağı daşıyıb öz evinə yığmasını görəndə bundan təəcüblənməyib.

“Mən bu rüsvayçılığı izlədim. Qarabağda azərbaycanlı qadınlara, uşaqlara, qocalara qarşı xüsusi vəhşiliyi ilə ad çıxarmış birindən başqa nə gözləyirdiniz? Hərbçi kimi mən gördüklərimdən heyrətə gəldim, əsgərlərə göndərilmək üçün məktəblilərin topladığı ərzaq bağalamaları, onların içərisindən tapılan və uşaqların yazdığı məktublar, bunlara necə izah vermək olar? O, insan deyil, mən ona insan deməzdim. Bu adamın Qarabağda hansı vəhşiliklər törətdiyi bizə yaxşı məlumdur, indi erməni xalqı ondan başqa nə gözləyirdi ki? Manvel və onun kimiləri qəhrəman deyil, onlar erməni xalqının bədbəxtliyinin baiskarlarıdır. Bu adamlar müharibəni də qarət naminə, varlanmaq naminə aparıblar”-Azərbaycan müdafiə naziri bildirib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvel Qriqoryanın malikanəsindən 2016-cı ilin aprelində Qarabağda əsgərlərə göndərilmək üçün toplanan böyük miqdarda ərzaq yardımları, o cümlədən Rusiya ermənilərinin göndərdiyi yardımları, hərbi təyinatlı avtomobil texnikalarını və böyük miqdarda silah-sursat aşkar edib. Məlum olub ki, evində axtarış başlayanda-iyunun 16-da Manvel Eçmiədzin meri olan oğluna zəng vuraraq tez malikanəyə getməyi və orada tapılanların hamısını üzərinə götürməyi tapşırıb. Manvelin bu telefon danışığı dinlənilib. Habelə həmin gün onun arvadının göstərişi ilə “Yerkrapa”nın İrəvandakı anbarlarından iki maşın dolu mal əti konservləri çıxarılıb və yolda polis tərəfindən yüklər saxlanılıb.

Habelə məlum olub ki, Manvel Qriqoryan “Əsgər payı” markalanması ilə ət konservlərinin bir hissəsini də Azərbaycanın işğal altında olan ərazilərində gizlədib.

Bu məlumatı Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb. Məlumata görə iyunun 20-də Dağlıq Qarabağda Manvel Qriqoryanın zəbt etdiyi “Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankalrı ilə yanaşı, satış üçün nəzrədə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb.

General Manvel Qriqoryan 90-cı illərin əvvəllərində Qarabağın cənubunun işğal edilməsinə başçılıq edib, o, “cəllad” ləqəbi ilə tanınıb və 1999-cu ilə qədər işğal edilmiş Füzuli ərazilərində briqadası ilə mövqe tutub.

Fərhad MƏMMƏDOV


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *