vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
RƏY, REPLİKA  
15:31 | 7 mart 2014 | Cümə Məqaləyə 3338 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəmil Həsənli belə bilirdisə…»

«Niyə ərizə yazıb getdi»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İndiyədək müxalifətdə eyni adamların timsalında yaranan istənilən qurumların, cəmiyyətlərin və forumların ömrü 4-5 aydan çox olmayıb. Ümumiyyətlə isə onların yeni yaranan təşkilatda aktiv fəaliyyətləri ən çoxu 2 ay çəkir və sonra həmin təşkilatda tamamilə lazımsız bir quruma çevrilir». Bunu APA-ya açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov müxalifətin yaratdığı İctimai Palatanın buraxılmasına münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, İctimai Palata da son parlament seçkilərindən sonra yarandı və cəmi bir neçə toplantı keçirəndən sonra hamı oradan dağıldı: «Çünki bir qismi şəxsi məqsədinə görə, bir qismi də bekarçılıqdan ora toplaşmışdı. Çoxu da axtarışdadır. Nəsə axtarırlar və hələ də heç nə tapa bilməyiblər».

YAP rəsmisi deyib ki, bu kimi təşkilatlar tərkibində heç bir dəyişiklik olmadığına görə tez iflasa uğrayır: «Eyni adamlar yeni yaranan təşkilatda toplaşır. Məsələn, İctimai Palatada kim varsa, Milli Şurada da var və sair. Gələcəkdə də nə yaratsalar yenə orada da bu adamlar olacaq. Yəni mahiyyətləri dəyişmədiyi üçün bu cür təşkilatların ömrü qısa olur».

S.Novruzov İctimai Palatanın buraxılmasından sonra bu təşkilatları əhatə edən müxalifətdə təmsil olunan partiya rəhbərlərindən gələn il parlament seçkilərində seçilib-seçilməməsinə də toxunub: «Keçən parlament seçkilərindən sonra seçkilər zamanı hər dairədə məğlub olanlar, üç-beş adamın səsini ala bilməyənlər yenə müxalifətdədir, yenə eyni adamlar seçkiyə getmək istəyir. Eyni namizədlər hələ də oradadır, halbuki onların cəmiyyətdə heç bir hörməti yoxdur və müxalifəti təmsil eləmək istəyirlər. İndi nə dəyişib ki, növbəti dəfə də bunlara kimsə səs verə bilsin? Bunlar elə hər dəfə səs yığa bilməyib məğlub ola-ola yenidən seçkiyə gedirlər. Bunlar əslində geri çəkilib yeni qüvvələri irəli verməlidirlər. İstər partiya rəhbərliyində, istərsə də seçkilərdə. Məsələn, ABŞ seçki praktikasında belə bir hal var ki, istənilən partiyadan bir namizəd məğlub olursa, həmən dairədən həmən adamın namizədliyini növbəti dəfə irəli sürmürlər, yeni namizəd axtarırlar. Amma bizim bu müxalifət eyni namizədlə seçkilərdə iştirakdan əl çəkmirlər. Ona görə də indiki komandada müxalifətdən eyni adamlar növbəti parlament seçkilərində səs qazanıb yer tuta bilməyəcəklər. Müxalifətin özünü radikal adlandıran qanadında - istər AXCP-də, istərsə də Müsavatda islahat getməsə, onların heç bir seçilmə şansı yoxdur. Çünki xalq bunlara etimad göstərmir».

YAP rəsmisi AXCP-nin qərargahında baş verən partlayışa və qərargahın boşaldılmasına da münasibət bildirib: «Baş verən partlayış AXCP qərargahında olanların məsuliyyətsizliyindən, səhlənkarlığı ucbatından baş verən hadisədir. Dövlət də bütün vətəndaşlarının qeydinə qalır və buna görə də təhlükəli yerdən onları uzaqlaşdırıb. AXCP istədiyi yeri seçib, kirayələyib özünə qərargah seçə bilər və buna görə onlara heç kim mane ola bilməz. Bu günlərdə Cəmil Həsənli bu hadisə ilə bağlı bəyanat yayaraq, AXCP-ni Xalqın Cəbhəsi adlandırıb. Hər şey bir yana, ondan soruşmaq lazımdır ki, əgər oranı Xalqın Cəbhəsi bilirdisə, niyə bir müddət əvvəl oradan ərizə yazıb çıxdı».