vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
RƏY, REPLİKA  
20:40 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 1369 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siyavuş Novruzov ««Facebook» vəsiqəsi»ndən danışdı

«Kişi arvad fotosu ilə şərh yazırsa, ondan nə kişi olacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Əgər bir kişi öz profilində arvad fotosu və adı yerləşdirərək, şərh yazırsa, ondan nə kişi olacaq? Bu cür hərəkətlər heç bir qanuna və kişiliyə sığmır».

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov sosial şəbəkələrlə bağlı təklifinə qarşı çıxan şəxslərə cavab verərkən deyib.

S.Novruzov artıq həmin şəxslərin kimliyinin hər kəsə məlum olduğunu bildirib: «İndi hər kəsə də bəllidir ki, bu cür işlərlə kimlər məşğul olur. Mənim təklifimə qarşı çıxan adamların özləri bu cür çirkin işlərlə məşğuldur. Ona görə də doğru yolda olan adamlar bu məsələdən qəti narahat olmasınlar. Bundan qanunun aliliyindən qorxaraq, başqa-başqa adlar altında ayrı-ayrı şəxsləri təhqir etməklə və ermənilərdən 5 manat pul alıb, Azərbaycan əleyhinə çirkin təbliğat aparan şəxslər qorxsunlar». 

Komitə sədri qeyd edib ki, sosial şəbəkələrdə onun fikirlərini ayrı istiqamətlərə yozan qüvvələr Azərbaycan dövlətçiliyi əleyhinə aparan adamlardır: «Onların mənim fikirlərimi başqa cür təqdim etməyə haqları yoxdur. Mən tam obyektiv olaraq bildirmişəm ki, sosial şəbəkələrdə  Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd və erməni mənbələrinə istinad edilən olan müxtəlif məlumatlar yayırlar. Misal üçün, bu yaxınlarda «Meydan TV» Azərbaycan ordusu ilə bağlı erməni mediasında dərc olunan yalan məlumatları yenidən yaymışdı. Bəzi internet saytları və qüvvələr ermənilərə xidmət edən bu cür məlumatları Azərbaycan cəmiyyətinə sırımaq istəyirlər.

Bu cür xəbərləri yazanların ermənilərdən heç bir fərqi yoxdur. Çünki bu adamlar ermənilərin Azərbaycan əleyhinə söylədiyi yalan və qondarma fikirləri cəmiyyətimizə çatdırır. Təbii ki, bütün bunlar belə davam edə bilməz. Bunun qarşısını almaq üçün mütləq internetə nəzarət mexanizmi olmalıdır. Yoxsa ki, sən qaçıb xaricə get, oradan da Azərbaycan əleyhinə yalan fikirlər yaz, heç kəs də səni məhkəməyə verə bilməsin! Həmin adamlar düşünməsin ki, onlar anonim adalarla istədiyi şəxsi təhqir edə biləcək. Bu cür hallara qarşı qanun çərçivəsində addımlar atılmalıdır.

Əgər sosial şəbəkələrdə qeydiyyatdan keçən şəxslər doğrudan da qanuna zidd fikirlər söyləmirsə, heç bir cinayətə və ya qanun pozuntusuna yol vermirsə, o zaman adını, soyadını və ünvanını dəqiq yazıb göstərsin. Daha niyə anonim adlarla qanuna zidd hərəkətlərə yol verir?»


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *