vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
PARTİYALAR  
13:06 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 3371 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tədbir görülməlidir»

Deputat hesabat verməyən siyasi partiyalarla bağlı sərt danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir». «Trend» xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən plenar iclasda deyib.

S.Novruzov bildirib ki, bu məsələ ilə bağlı «Siyasi partiyalar haqqında» qanuna dəyişiklik edilməlidir: «Bu məsələni bir neçə dəfə qaldırmışam. Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir. Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər».

Millət vəkili deyib ki, həmin partiyalar maliyyənin mənbəyini göstərməlidirlər.