vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
XADİM  
16:08 | 10 fevral 2017 | Cümə Məqaləyə 1743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səhhətimdə ciddi problem yoxdur»

Siyavuş Novruzov: «Məzuniyyətimi səmərəli keçirmək qərarına gəldim»

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Sosial şəbəkələrdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun səhhətində son vaxtlar problem yarandığı barədə məlumatlar yayılıb. Hətta, deputatların qış tətili zamanı Siyavuş Novruzovun telefonlara cavab verməməsini, xaricdə müalicə alması ilə əlaqələndiriblər.

Məsələ ilə bağlı deputat Siyavuş Novruzov Modern.az-a açıqlama verib. O, bildirib ki, səhhəti ilə bağlı yayılan xəbərlər doğru deyil.

«Səhhətimlə bağlı yayılan xəbərlər doğru deyil. Sadəcə, deputatların qış tətili zamanı məzuniyyətimi daha yaxşı keçirmək qərarına gəldim. Həm də ötən il keçirilən referendumla əlaqədar yay tətilində dincələ bilməmişdim. İşlərim çox olduğundan məzuniyyətə vaxt ayırmaq imkanım olmamışdı. Bu səbəbdən 2017-ci ilin əvvəlində məzuniyyətimi səmərəli keçirmək qərarına gəldim».

YAP rəsmisi, son vaxtlar telefonlara cavab verməməsinə də aydınlıq gətirib.

«Telefonlara cavab verməməyimin səbəbi sırf istirahətimlə bağlı idi. Məzuniyyətdə oldun gərək telefonu söndürəsən. O zaman normal istirahət də etmək olur. Normal dincələndən sonra yeni enerji ilə işə başlamaq lazımdır. Səhhətimdə ciddi xəstəlik yoxdur. Hər şey qaydasındadır».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *