vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
RƏY, REPLİKA  
18:19 | 6 aprel 2017 | Cümə axşamı Məqaləyə 3400 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«5-10 adam gələcək»

YAP-dan Milli Şuranın mitinqinə münasibət

MÖVZU İLƏ ƏLAQƏLİ

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Şuranın aprelin 8-nə təyin etdiyi aksiyaya münasibət bildirib.

S.Novruzov «Ölkə.Az»a açıqlamasında deyib ki, Milli Şura sözügedən aksiyanı xaricdən gələn sifariş əsasında həyata keçirmək istəyir:

«Belə bir aksiyanı keçirmək üçün Milli Şuraya xaricdən sifariş verilib. Ancaq müxalifət bununla heç nəyə nail ola bilməyəcək. Çünki Milli Şuranın sosial bazası və elektoratı, əhali tərəfindən bunlara etimad yoxdur. Eyni zamanda Milli Şuranın daxilində ciddi problemlər var».

YAP-çı deputat qeyd edib ki, Milli Şura zaman-zaman səbəbsiz yerə bu cür aksiyalar təşkil edib:

«Ancaq hər dəfə də özlərini biabır edirlər, mitinqlərə öz yaxınları və qohumlarından savayı heç kəs gəlmir. Hər dəfə də vəd edirlər ki, guya 5-10 min adam gələcək. Ancaq 50 adam gəlmir. Çünki Milli Şurada olan adamları Azərbaycan xalqı çoxdan silib. Bu adamların xalqdan heç bir dəstəyi, sosial bazası yoxdur. Sadəcə olaraq, xaricdən gələn sifarişləri icra etmək üçün bu cür aksiyalar təyin edib, özlərini yada salmağa çalışırlar».