vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
17:32 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2278 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Keçmiş olsun deyirəm»

Ərdoğan Kılıçdaroğlunun döyülməsindən danışdı - (yenilənib, fotolar, video)

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun döyülməsi faktına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan döyülən partiya sədri Kamal Kılıçdaroğlunun ünvanına keçmiş olsun deyib: «Demokratik bir parlament sistemində belə hərəkətlər qəbul edilməzdir. Bunları təsəvvür belə etmək mümkün deyil. Biz bu hərəkətləri edənləri mütləq şəkildə qınayırıq. Hörmətli Kılıçdaroğluna keçmiş olsun deyirəm, özüm ona zəng edib bunu deyəcəm».

 

***

 

16:53

Türkiyədə müxalifət lideri döyülüb. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna Türkiyə Böyük Millət Məclisində hücüm ediblər.

Partiya lideri yumruq zərbəsi alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib. Şübhəli şəxs qismində isə bir nəfər həbs olunub.

«Yeni Müsavat»ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ziyarətçilər arasında olan bir təcavüzkar qrup toplantısında çıxış etmək üçün salona doğru irəliləyən CHP lideri Kamal Kılıçdaroğlun üzərinə atılaraq onu yumruqlamağa başlayıb. Həmin şəxs Kılıçdaroğluna iki yumruq vurmağa macal tapıb. Daha sonra onu zərərsizləşdirib yerə yıxıblar. Bu zaman böyük bir dava-dalaş, qarışıqlıq yaranıb. Bəzi CHP üzvləri hisslərinə hakim ola bilməyərək ağlayıb. Kılıçdaroğlunu vuran şəxsin şəxsiyyəti hələ müəyyən olunmayıb. 

Onun orta boylu, qəhvəyi libaslı bir şəxs olduğu deyil. Zərərsizləşdirilən şəxsin də fiziki təzyiqə məruz qaldığı bildirilir.

Qeyd olunur ki, Kamal Kılıçdaroğlu basqından dərhal sonra qrup toplantısına qatılıb və deyib ki, bu, CHP liderinin məruz qaldığı ilk hücum deyil. CHP lideri deyib ki, bütün bu hücumlara, təzyiqlərə baxmayaraq, demokratiyanı Türkiyəyə gətirəcəklər.