vaxtlı-vaxtında oxuyun! Cümə, 19 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
FESTİVAL  
20:52 | 24 iyul 2014 | Cümə axşamı Məqaləyə 2528 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya musiqiçiləri 1 həftə Qəbələdə olacaq

Mehriban Əliyeva VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarına məktub göndərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyanın tanınmış musiqiçiləri yenə də Qəbələdə toplaşıb. Burda musiqi bayramı başlayıb. Altıncı dəfə keçirilən festivalda təşkilatçılar bu dəfə yeniliklər də ediblər. Bu beynəlxalq layihəsində Azərbaycanla yanaşı xarici ölkələrdən dəvət olunan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar iştirak edir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramının - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Birinci xanım VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayıb, festivalın işinə uğurlar diləyib. «Əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşıb. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik.

Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram».

Açılış mərasimindəki konsertdə Xəyyam Mirzəzadənin «Səməd Vurğun poemasına illüstrasiyalar», Mosartın «Alleqro», Qara Qarayevin «Alban rapsodiyası» və digər tanınmış azərbaycanlı və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. 

Təşkilat komitəsinin üzvü Dmitri Yablonskinin sözlərinə görə, VI Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçiləri ilə bərabər məşhur dünya şöhrətli ifaçılar da iştirak edəcək. «Çox möhtəşəm bir konsert olacaq, həmçinin Qax və Şəkidə də konsertlər olacaq». 

Tədbirin təşkilat komitəsinin sədri Fərhad Bədəlbəyli budəfəki festivalın əvvəlkilərdən bir çox yenilikləri ilə fərqlənəcəyini bildirdi: «İsraildən balet truppası gələcək. Onlar Q. Qarayevin «7 gözəl» baletini nümayiş etdirəcəklər. Çox maraqlı olacaq. Dünya şöhrətli musiqiçilər gəlirlər».

Açılışa Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təbrik məktubunun oxunması ilə start verildi. Millət vəkili, Fəttah Heydərov VI Qəbələ beynəlxalq musiqi festivalı vasitəsi ilə ölkəmizin dünyaya sülh mesajlarının heç bir sərhəd tanımayan musiqi dili ilə bəyan olunduğunu dedi.

Festivalda dünya musiqi mədəniyyətinin bir çox tanınmışları, eləcə də Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran və başqaları iştirak edəcək. Ölkəmiz isə Dövlət simfonik orkestri eləcə də Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova ilə təmsil olunur.

Festival avqustun 1-dək davam edəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *