vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SƏRGİ  
21:27 | 9 avqust 2014 | Şənbə Məqaləyə 5833 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sovetski» Avstriyada tanıdılır

Nərgiz Paşayevanın qızı Bakının nüfuzlu məhəlləsini nüfuzlu sərgisinə çıxarır

MÖVZU İLƏ ƏLAQƏLİ

YARAT Müasir İncəsənət Mərkəzinin rəhbəri, professor Nərgiz Paşayevanın qızı, rəssam Aida Mahmudova Bakının sökülməkdə olan köhnə yaşayış məhəlləsi «Sovetski»dən çəkilmiş fotoları Avstriyanın iri müasir incəsənət sərgisinə çıxarır.

Virtualaz.org saytı »YAREAH Magazine» jurnalına istinadən xəbər verir ki, «Sovetski»dən rəssamlar və fotoqraflar Orxan Hüseynov, Sənan Ələsgərov və Aida Mahmudovanın çəkdikləri yeni video, foto və illüstrasiyalar nüfuzlu «VİENNAFAİR» müasir incəsənət sərgisində nümayiş etdiriləcək.

Sərgi bu il oktyabrın 2-dən 5-dək  »VİENNAFAİR»in 10-cu illiyi ilə bağlı təşkil ediləcək.

Ənənəvi olaraq Mərkəzi, Şərqi, Cənub-Şərqi Avropa ölkələrindən müasir incəsənət nümunələrinin nümayiş etdirilməsi üçün platforma sayılan «VİENNAFAİR»ə bu il ilk dəfə Azərbaycan da qoşulacaq. Sərginin qeyri-kommersiya təşkilatları və mədəni təmsilçiliklər üçün nəzərdə tutulmuş «VIENNA Focus» bölməsində YARAT Müasir İncəsənət Mərkəzi üçün yer ayrılacaq.

Jurnal qeyd edir ki, Azərbaycan paytaxtının «Sovetski» kimi tanınan rayonu sürətlə dəyişən Bakının nadir məhəllələrindən biri hesab olunur.

«Həmin bu «Sovetski» məhəlləsi bir-birinə bitişik bir-iki mərtəbəli binalardan və xaotik tikintiyə xas olan dar yollardan ibarət olub əvvəllər cinayətkarlığın yüksək səviyyəsi ilə tanınardı» - deyə «YAREAH Magazine» yazır.

Məqalədə bildirilir ki, «Sovetski» məhəlləsinin sakinləri sıx birləşmiş icma şəklindədir və hazırda ora daha təhlükəsiz rayondur.

YARAT Müasir İncəsənət Mərkəzinin rəssamları və fotoqrafları Bakının modernləşən landşaftı fonunda «Sovetski» məhəlləsini əks etdirən əsərlərini sərgiyə çıxaracaqlar.

Sərgiyə rəssam Sənan Ələsgərovun «Sovetski»dən çəkilmiş fotoları çıxarılacaq. On illərdir davam edən karyerası boyu əsərlərini ağ-qara fonda çəkən S.Ələsgərovun yeni fotolarında «Sovetski»nin evlərinin damından açılan mənzərələr əksini tapıb.

Həmçinin son illər beynəlxalq sərgilərdə tanınan rəssam Orxan Hüseynovun «Sovetski» məhəlləsinin insanlarını əks etdirən rəsmləri və videoları sərgidə nümayiş olunacaq.

Sərgiyə rəssam Aida Mahmudovanın əsərləri də çıxarılacaq. Müasir incəsənət janrında çəkilmiş bu əsərlərdə Azərbaycanın modernləşməsi fonunda ötən dövrlərə nostalgiya öz əksini tapır.

YARAT Müasir İncəsənət Mərkəzi 2011-ci ildə yaradılıb və məqsədi Azərbaycanda müasir incəsənətin inkişafına yardım etmək, müasir Azərbaycan incəsənəti üçün milli və beynəlxalq səviyyədə platforma rolunu oynamaqdır.