vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KONSERT  
12:40 | 18 mart 2013 | Bazar ertəsi Məqaləyə 3688 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zolaqlılar»ın səfəri

Bu dəfə Bakıya gəlirlər

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Uşaqların daha nağıllara elə də inanmadığı, kompyuter, internet, mobil telefonlar dövründə daha az şeyə təəccübləndiyi müasir zamanımızda nəinki balacaların, böyüklərin də sevərək getdiyi, proqramlarını maraqla, heyrətlə izlədiyi bir məkan var. Rəngbərəng projektorların sehrli aurasında orkestr ənənəvi açılış marşını çalır, hamının diqqəti arenaya yönəlir və ... tamaşa başlanır. Üzlərdə gah gülüş, gah təəccüb, gah qorxu və həyəcan... İnsan nələrə qadir deyil ki... Gözlərimiz önündə vəhşi təbiətin ən yırtıcıları ilə canlı təmasa girir, onlarla maneji bölüşür, istədiyini, öyrətdiyini təkrarlamağa məcbur edir, ya da yerdən metrlərlə yüksəkdə qeyri-adi tryuklarla nəfəsləri tutdurur...

Söhbətin sirkdən getdiyini deməyə, yəqin ki, ehtiyac yoxdur. Bakı Dövlət Sirki yeni mövsümü möhtəşəm proqramla açmağa hazırlaşır. Sirkin direktoru Vaqif Bağırzadə mədəniyyət müəssisəsinin fəaliyyətindən danışarkən son illər tamaşaçılara bir-birindən maraqlı proqramlar təqdim edildiyini vurğuladı. Direktorun sözlərinə görə, sirkdə yeni proqramlar hazırlanarkən, nömrələr seçilərkən, ilk növbədə, tamaşaçı marağı nəzərə alınır: «Əslində sirk incəsənətin elə bir növüdür ki, burada hətta eyni janrdan olan nömrələr də biri digərindən fərqlənir, təkrarlanmır. Ancaq hər yeni proqram dəvət edəndə müxtəlif janrlardan olan nömrələri seçməyə, tamaşaçımızın istəklərini nəzərə almağa, onlara çoxdan görmədikləri nömrələri təqdim etməyə çalışırıq. Məsələn, bizim tamaşaçılar yırtıcı heyvanlarla, deyək ki, ayılarla nömrələri xoşlayırlar. Ancaq ard-arda bir neçə dəfə ayıların iştirakı ilə proqramlar təqdim etsək, istər-istəməz tamaşaçının marağı azalar.» 
Doğrudan da, sirkin proqramlarını daimi izləyən diqqətli tamaşaçılar yaxşı bilirlər ki, son illər şəhərimiz dünya sirkinin ən məşhur kollektivlərini qonaq qəbul edib: Afrika şirləri attraksionu, Çin sirki, fillər, 8 ölkənin təmsilçilərindən yığılmış «İntersirk», nəhəng timsahlar və ilanlar, dünyada çox az sayda qalmış buz üzərində sirk və ağ ayılar attraksionu, su sirki və s. 
Vaqif müəllim deyir ki, Azərbaycan tamaşaçısı çox həssasdır, onu razı salmaq çətindir, ancaq artistin nömrəni peşəkarcasına ürəkdən işlədiyini görəndə alqışlarını əsirgəmir: «Dünyanın müxtəlif yerlərindən gələn sirk ustaları əllərində çiçək manejə qaçan tamaşaçıları görəndə çaşqınlıqlarını gizlədə bilmirlər, deyirlər ki, sirkdə bu gözəl adət bəlkə də təkcə sizdə qalıb».
V.Bağırzadə yeni proqram barədə də məlumat verdi. Bildirdi ki, son illər əməkdaşlıqlarını genişləndirdikləri Böyük Moskva Sirkindən dəvət edilən proqram «Zolaqlıların Bakı səfəri» adlanır: «Adından da bilindiyi kimi, proqramın tərkibinə şir və pələnglərin attraksionu, bundan başqa kenquru, dəvəquşu, meymunlar və digər heyvanlarla maraqlı nömrələr, hava gimnastları, akrobatlar, illüziya, klounlar, güc jonqlyorları və s. daxildir. Qeyd edim ki, pələnglər Bakı sirkində sonuncu dəfə təxminən 30 il əvvəl çıxış ediblər, kenquru ilə boks və dəvəquşu ilə nömrələr isə ilk dəfədir arenamıza çıxacaq. Oktyabrın 22-də yeni mövsümün ilk tamaşası olacaq, proqramın şəhərimizdə təxminən bir ay nümayişi nəzərdə tutulur. Həftənin 5-ci, 6-cı və bazar günləri, o cümlədən məktəblilərin payız tətili günlərində hər gün sabit olmayan qrafiklə gündə 1, 2 və 3 tamaşa göstəriləcək. Tamaşa müddəti təxminən 2 saat nəzərdə tutulub. Artıq kassalarımızda bilet satışı başlayıb və tamaşaçıların proqram, tamaşaların vaxtı, biletlərin qiyməti barədə rahat məlumat ala bilmələri üçün gün ərzində fasiləsiz məlumat xidməti fəaliyyət göstərir. İnanıram ki, bu proqramımız da tamaşaçılarımızın xoşuna gələcək.» 
Sonda onu da bildirək ki, dəvət edilmiş yeni proqramda nömrə rəhbərlərinin xeyli hissəsi fəxri adı olan sirk artistləridir və onlar arasında həmyerlilərimiz də var.
Zaman su kimi axıb gedir, elə sürətlə gedir ki, qədrini bilməyə də gücümüz çatmır. Ona görə də çox vaxt nəyə sərf etdiyimizi belə bilmədiyimiz zamanınızın iki saatını dəyərləndirmək, bütün qayğılardan, fikirlərdən uzaqlaşıb sirkin sehrli aləminə qonaq olmaq istəsəniz siz də yolunuzu Səməd Vurğun, 68 ünvanına salın, Bakı Dövlət Sirkinə...

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *